22 Dekabr 2024, Bazar

Naxçıvan Müəllimlər İnstitutunda “Azərbaycan xalçaları: tariximizdən günümüzə” adlı tədbir keçirilib.
Tədbirdə, həmçinin müəllim və tələbələrin əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgidə 30-dan çox rəngkarlıq, qrafika və dekorativ-tətbiqi sənət nümunələri, eləcə də müxtəlif xalçaçılıq məktəblərinin nümunələri maraqlı forma və kompozisiyalarda nümayiş olunub. Diqqəti cəlb edən əsərlər sırasında Naxçıvan xalçaları ilə yanaşı, Qarabağ xalçaları, o cümlədən Laçın və Kəlbəcərə aid xalça nümunələri öz əksini tapıb.

İnstitutun rektoru Azad Novruzov giriş sözü ilə tədbiri açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” ilə muxtar respublikamızda, eləcə də Naxçıvan Müəllimlər İnstitutunda bu sahədə görülən işlər sürətlənib, bir çox yeni layihələr meydana çıxıb.
Tədbirdə İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar rəssam Həbibə Allahverdiyeva ötən dövr ərzində institutda görülən işləri nəzərə çatdırıb. Qeyd olunub ki, institutda xalçaçılıq sənətinin öyrənilməsi, müvafiq fənlərin tədrisi, tarixi abidələrimizi əks etdirən xalçanın toxunması, bununla yanaşı, seminar, konfrans və sərgilərin keçirilməsi, kafedranın baş müəllimi Ləman Məmmədovanın “Azərbaycan xalçaçılıq sənəti” dərs vəsaitinin nəşr olunması, Naxçıvan Dövlət Xalça Muzeyinə tələbələrin ekskursiyalarının təşkili həyata keçirilib.
Tədbirdə Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ülviyyə Məmmədova xalçaçılıq sənətinin tarixi, keçdiyi inkişaf yolu haqqında danışıb.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR