17 May 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında  Gənclər Fondu və Naxçıvan Mətbuat Şurasının jurnalistlər arasında “Naxçıvan – inkişafın 10 ili” mövzusunda keçirdiyi müsabiqəyə yekun vurulub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında  Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, muxtar respublika son 10 ildə böyük inkişaf yolu keçib. Bu inkişafın  mətbuatın və televiziyanın gücü ilə salnaməyə çevrilməsində kütləvi informasiya vasitələri nümayəndələrinin üzərinə mühüm vəzifələr düşür. Başa çatan müsabiqədə fəal iştirak edən jurnalistlər bu həqiqəti dərindən dərk edərək yazılarında və hazırladıqları verilişlərdə Naxçıvan Muxtar Respublikasının bəhs olunan dövrdə inkişaf və tərəqqisini şərtləndirən amilləri önə çəkiblər.

Məmməd Babayev qalibləri təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində yeni yaradıcılıq uğurları arzulayıb.
Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında bildirib ki, müsabiqəyə 11 teleradio verilişi və 13 qəzet məqaləsi təqdim edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında  Gənclər Fondu və Naxçıvan Mətbuat Şurası müsabiqəyə təqdim edilən materiallarla tanış olaraq mövzunun əhatə edilməsini və jurnalist araşdırmasını əsas götürərək qalibləri müəyyənləşdirib.
Naxçıvan Muxtar Respublikası Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsinin sədri Sahil  Tahirli, “Şərq qapısı” qəzetinin Baş redaktoru Tural Səfərov, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli bu müsabiqənin böyük mahiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, kütləvi informasiya vasitələrinin hər bir nümayəndəsinin ən böyük vəzifəsi yaşadığı dövrün salnaməsini yaratmasıdır. Elə bu məqsədlə keçirilən müsabiqə bir daha göstərdi ki, Naxçıvanda yaşayıb-yaradan jurnalistlər muxtar respublikanın bugünkü sosial-iqtisadi inkişafını təmin edən, bu inkişafın önündə gedən  səbəbləri yazı və verilişlərində ifadə edə biliblər.
Sonra mükafatlandırma mərasimi olub. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatları, diplom və fəxri fərmanlar, həvəsləndirici yerlərin sahiblərinə isə diplom və fəxri fərmanlar verilib.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR