03 May 2024, Cümə

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəçay mahalının epiqrafik abidələri” adlı monoqrafiyası çap edilib.
Yeni nəşrdə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanın epiqrafik abidələrinin geniş yayıldığı yerlərdən biri, Əlincəçayın adı ilə adlanan mahala daxil olan yaşayış məskənlərində qeydə alınaraq tədqiq edilən epiqrafik abidələr işıqlandırılıb.

Azərbaycanın orta əsrlər dövrü siyasi-iqtisadi və mədəniyyət tarixinin bir sıra məsələlərinin aydınlaşdırılması üçün zəngin faktlar təqdim edən bu abidələr əsasında bəzi yaşayış məskənlərinin, memarlıq abidələrinin, qəbiristanlıqların tarixi müəyyənləşdirilib. Kitabələrin köməyi ilə çoxlu görkəmli şəxsiyyətin, o cümlədən Azərbaycan hökmdarlarının, orta əsrlər zamanı Əlincəçay mahalından çıxmış və ya orada yaşamış dövlət xadimlərinin, hərbçi-sərkərdələrin, sufi təriqətləri rəhbərlərinin, kübar ailələrə məxsus bir sıra qadınların və başqa insanların adları, daşıdığı titullar, vəfat tarixləri, qəbirlərinin yeri və sair aşkar edilərək elmi dövriyyəyə daxil edilib.
Monoqrafiyada Əlincəçay mahalına daxil olan yaşayış məskənlərindən günümüzədək gəlib çatan, yerli sənətkarlar tərəfindən hazırlanan sənduqə və qoç heykəl tipli qəbirüstü xatirə abidələrin orta əsrlər zamanı bu ərazidə daş üzərində işləmə-bədii daşyonma və xəttatlıq sənətinin inkişaf mərhələlərini izləməyə imkan verdiyini, bu sənətlərin yüksək dərəcədə inkişaf etdiyini təsdiq edən yeni məlumatlar öz əksini tapıb.

AMEA Naxçıvan Bölməsinin
Beynəlxalq əlaqələr və informasiya şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR