22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzinin və Culfa Rayon Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə “Milli dəyərlərimiz milli varlığımızdır” mövzusunda onlayn dəyirmi masa keçirilib.

“Milli adətlərimizi təbliğ etmək varlığımızın qarantıdır” mövzusunda çıxış edən mərkəzin direktoru Səyyar Məmmədov bildirib ki, milli dəyərlər xalqların kimliyinin formalaşmasında müstəsna rola malikdir. Tarixi təcrübə göstərir ki, öz soykökündən, tarixindən, milli dəyərlərindən uzaq düşən millətlər və dövlətlər müəyyən zaman kəsiyində yox olmaq, tarix səhnəsindən silinmək təhlükəsi ilə üzləşiblər. Bu mənada, milli adətlərimizi yaşatmaq millət olaraq gələcək varlığımızın vacib şərtlərindəndir.
Sonra Culfa Rayon Mədəniyyət Sarayının direktoru Aqil Adilzadə, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin metodisti Elçin Əsədov, Culfa Rayon Kırna kənd mədəniyyət evinin direktoru Sona Əsgərova müxtəlif mövzularda çıxış ediblər. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR