Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Almaniyadan gəlmiş tanınmış orqan ifaçısı Vürtemberq Yevangelist Regional Kilsəsinin musiqi rəhbəri Matthias Hanke, Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox və Bakıdakı Xilaskar Evangelik Lüteran icmasının keşişi Qotthard Lemkeni ilə görüşüb.
BMA-dan bildirilib ki, görüşdə dünyada və Azərbaycanda orqan sənətinin inkişafından, Azərbaycan bəstəkarlarının orqan aləti üçün yazdıqları əsərlərdən söhbət açılıb.
Eyni zamanda, Azərbaycana gələn Almaniyanın Ştutqart şəhərinin xorunun BMA-nın tanınmış musiqiçiləri-professor və müəllim heyəti ilə birlikdə nəzərdə tutulan konsertləri barədə danışılıb.
Qeyd edək ki, Almaniyanın tanınmış orqan ifaçısı Matteas Hankenin Bakıda Kamera və Orqan musiqi zalında konserti olacaq.
Xəbərlər şöbəsi