22 Dekabr 2024, Bazar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova İtaliyanın Neapol Şərq Universitetinin Asiya, Afrika və Aralıq dənizi hövzəsi departamentinin İran arxeologiyası və incəsənət tarixi bölümünün rəhbəri, professor Bruno Cenito və İtaliya Yaxın və Uzaq Şərq Tədqiqatları İnstitutunun əməkdaşı Manuel Kastelluççia ilə görüşüb.

İnstitutdan bildiriblər ki, görüşdə 2017-ci il iyunun 9-da AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol Şərq Universiteti arasında beş il müddətinə imzalanmış birgə tədqiqat və təhsil əməkdaşlığı anlaşma memorandumunda nəzərdə tutulmuş müddəalara dair fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycan arxeoloqlarının italiyalı həmkarları ilə birgə ölkə ərazisindəki arxeoloji abidələrdə tədqiqat aparmaları üçün beynəlxalq arxeoloji ekspedisiyanın təşkil edilməsi qərara alınıb. Bildirilib ki, tədqiqatların aparılması üçün nəzərdə tutulan abidələr xronoloji baxımdan son tunc–erkən dəmir dövründən son antik dövrədək olacaqdır.

Qeyd edək ki, hazırda italiyalı arxeoloqlar Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun və institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin müşayiəti ilə gələcəkdə fəaliyyəti planlaşdırılmış Azərbaycan-İtaliya beynəlxalq ekspedisiyasının tədqiqat aparacağı abidələrə baxış keçirirlər.

AZƏRTAC

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR