22 Dekabr 2024, Bazar

Avqustun 1-də Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev açıb.
Bildirilib ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin imzaladığı 2001-ci il 9 avqust tarixli Fərman ilə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.
Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev irsi və müstəqillik dövründə ədəbi dilimizin inkişafı məsələləri” mövzusunda çıxışında bildirib ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, – deyən ulu öndər Heydər Əliyevin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdən etibarən Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanıldı, dilçi- alimlərin fəaliyyəti üçün geniş imkanlar açıldı, elmi-tədqiqat materialları və kitablar nəşr olundu.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev “Milli varlığımız – ana dilimiz” mövzusundakı çıxışında ədəbi dilimizin zənginliyindən, poetik ifadəliyindən və insanlar arasında mükəmməl nitq vasitəsi olmasından bəhs edib.
“Dil mənəvi dəyərləri yaşadan amildir” mövzusunda çıxış edən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova vurğulayıb ki, dil millətin varlığını təsdiq edən mənəvi sərvətdir. Dövlət müstəqilliyimizin atributlarından biri hesab edilən ana dilimizi qorumaq, inkişaf etdirmək və yaşatmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Sonra kitab sərgisinə baxış olub.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR