22 Dekabr 2024, Bazar

“Naxçıvan Muxtar Respubli­kası-95” devizi altında tələbələrin iştirakı ilə “Tarixə ekskursiya” adlı layihə həyata keçirilib.
Layihənin məqsədi Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələrin Naxçıvanın tarixinə və dahi şəxsiyyətlərinə aid eksponatların əks olunduğu muzeylərlə daha yaxından tanışlığının təmin edilməsi, gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, tariximizin təbliğ olunması, onlarda intellektual oyunlara marağın artırılmasıdır.
Əvvəlcə gənclərin Naxçıvan şəhərində fəaliyyət göstərən mədəniyyət müəssisələrinə ekskursiyaları təşkil olunub.
Ekskursiyalar yekunlaşdıqdan sonra “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində gəzinti təşkil olunan muzeylər haqqında hazırlanan suallar əsasında iştirakçılar arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Oyunun sonunda daha çox suala düzgün cavab verən “Naxçıvan” Universitetinin “Aran” komandası birinci yerə layiq görülüb. Naxçıvan Müəllimlər İnstitutunun “Buta” komandası ikinci, Naxçıvan Dövlət Universitetinin “Qara­bağ” komandası isə üçüncü olub.
Qaliblərə və digər iştirakçılara Gənc­lər və İdman Nazirliyi tərəfindən diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.
30 tələbənin iştirak etdiyi layihə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR