Naxçıvan Musiqi Kollecinin tələbəsi, nağara ifaçısı Nəcəf Hacılı aprelin 2-dən 5-dək Latviyanın paytaxtı Riqa və İsveçin paytaxtı Stokholmda keçirilən 1-ci Beynəlxalq İncəsənət festival-müsabiqəsində iştirak edib və festival-müsabiqəsində 1-ci yerə layiq görülüb. Həmyerlimiz festivalın Stokholmda keçirilən möhtəşəm Qala konsertində də uğurla çıxış edib.
Qeyd edək ki , nağara ifaçısı Nəcəf Hacılı (17-19 yaş qrupu) 2019-cu ilin mart ayında Bakı şəhərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən "Testene Art Baku” III Beynəlxalq İncəsənət festival- müsabiqəsinin “Qran Pri" mükafatçısı olub və “Testene Art” Beynəlxalq Mədəniyyət Assosiasiyasının dəvəti ilə 1-ci Beynəlxalq İncəsənət festival müsabiqəsində iştirak edib.