22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aprel ayı ümumtəhsil müəssisələrində elan olunan “Mütaliə aylığı” çərçivəsində keçirilən silsilə tədbirlərdən biri də “Pedaqoji fikir tarixindən” və Azərbaycan yazıçılarının dram əsərlərindən seçmələrin şagirdlər tərəfindən səhnələşdirilməsi və “Dram müsabiqəsi”nin təşkili olub.
Müsabiqənin şəhər və rayon mərhələsi keçirilib, hər bir məktəb 1 dram əsəri ilə iştirak edib. 149 məktəb üzrə 946 şagirdin iştirak etdiyi şəhər və rayon mərhələsində hər rayon (şəhər) üzrə I yerin qalibi olmuş məktəbin və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıblar.
Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində dram müsabiqəsinin muxtar respublika mərhələsi keçirilib. Tədbirdə çıxış edən təhsil nazirinin müavini Heyran Əhmədova bildirib ki, dram əsərlərinin səhnələşdirilməsi şagirdlərdə mütaliəyə maraq oyadılmasında, nitqin inkişafında, onların cəmiyyətdə özünü müstəqil şəkildə düzgün ifadə etməsində və istedadlı şagirdlərin üzə çıxarılmasında mühüm rol oynayır.
Müsabiqədə şagirdlər tərəfindən hazırlanmış səhnəciklər təqdim edilib. Səhnəciklər münsiflər tərəfindən qiymətləndirilib. I yerin qalibi Ordubad rayon Əndəmic kənd tam orta məktəbinin, II yerin qalibi Şərur rayon Mahmudkənd tam orta məktəbinin, III yerin qalibi isə Kəngərli rayon Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdləri olub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR