22 Dekabr 2024, Bazar

Aprelin 18-də Qarabağlar Türbə Kompleksində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bildirib ki, 1982-ci ildən etibarən YUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidə­lər və Tarixi Yerlər Günü” kimi qeyd olunur.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Son 23 ildə 70-dən artıq tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 6 dekabr tarixli Sərəncamı ilə muxtar respublika ərazisində olan 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb.
Nazir çıxışının sonunda qədim diyarımızda mədəniyyətə və incəsənətə göstərilən böyük dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə tədbir iştirakçıları adından dərin minnətdarlığını bildirib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Fəxrəddin Səfərli “Azərbaycan memarlığının möhtəşəm nümunəsi Qarabağlar Türbə Kompleksi” mövzusunda çıxış edərək bildirib ki, XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksi Naxçıvan ərazisində yaradılan türk-islam mədəniyyətinin möhtəşəm nümunələrindən və Şərq memarlığının incilərindən biridir.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 4 iyul tarixli Sərəncamına əsasən bu türbə bərpa edilib, abidəyə ikinci həyat verilib.
Tədbirdə uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə şagirdləri arasında etüd dərs keçilib və fərqlənənlərə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.
Tədbir iştirakçıları burada təşkil edilmiş qədim diyarımızın ərazisində olan abidələrlə bağlı nəşr olunmuş kitablardan, çap məhsullarından, rəsm əsərlərindən ibarət sərgiyə maraqla baxıblar.
Sonra Naxçıvan Dövlət Filarmoniyasının Muğam studiyasının və “Şərur” Xalq Yallı Ansamblının konserti olub.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR