23 Dekabr 2024, Bazar ertəsi

Fevralın 22-də Cəlil Məmmədquluzadənin ev-muzeyində böyük yazıçının anadan olmasının 150 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, qüdrətli dramaturq və yazıçı, publisist Cəlil Məmmədquluzadə Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlal uğrunda mübarizənin ön cərgəsində durmaqla bizim müasirimiz olmuş və bundan sonra da olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 17 yanvar tarixdə “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə görkəmli yazıçı-publisistin yubileyinin muxtar respublikamızda keçirilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi böyük ədibə ehtiramın ifadəsidir.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev həmişə Cəlil Məmmədquluzadə irsinə, yazıçının əsərlərinin tədqiqi və kütləvi şəkildə nəşri məsələlərinə böyük diqqət və qayğı göstərib.

Sonra Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli, dosentlər İman Cəfərli, Ramiz Qasımov çıxış ediblər.
Ədibin əsərlərindən nümunələr bədii qiraət edilib, muzeyin ekspozisiyasına baxış olub.

Əli RZAYEV

*   *   *

“Naxçıvan” Universitetində “Cəlil Məmmədquluzadə – 150” adlı konfrans keçirilib. Ədibin yaradıcılığını əks etdirən slaydın nümayişi ilə başlayan tədbirdə universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək Mirzə Cəlilin zəngin irsindən danışıb.
Konfransda Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimləri İman Cəfərli, dosentlər Qənirə Əsgərova, Nüşabə Məmmədova və filologiya üzrə fəlsəfə doktoru Nurlana Əliyeva çıxış ediblər. Bildirilib ki, Cəlil Məmmədquluzadənin zəngin bədii irsi, onun “Molla Nəsrəddin” jurnalı Yaxın və Orta Şərqdə, xüsusilə İran və Türkiyədə ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərmişdir.
Tədbirin bədii hissəsində Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi əsasında tələbələr tərəfindən hazırlanmış tamaşa maraqla qarşılanmışdır.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR