Dünən Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində rəsm ixtisası üzrə müəllim Nizami Məmmədov və şagirdlərinin əl işlərindən ibarət sərgi təşkil edilib.
Əvvəlcə məktəbin direktoru Elşən Xəlilov çıxış edərək bildirib ki, sərginin təşkilində əsas məqsəd tədrisin səviyyəsinin yüksəldilməsi, bu sahə üzrə istedadlı uşaqların üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsidir.
Sərgidə məktəbin rəsm müəllimi Nizami Məmmədovun 30, şagirdlərinin isə 30 əl işi nümayiş etdirilir.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Gülbuta Babayeva və Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli muxtar respublikamızda uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə göstərilən dövlət qayğısından danışıblar.
Sonra sərgiyə baxış olub. Naxçıvanın təbiəti, tarixi abidələri, bu günü haqqında çəkilən rəsmlər maraqla qarşılanıb.
Əli RZAYEV