22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən noyabr ayında milli dəyərlərimizin qorunub yaşadılması və təbliği sahəsində bir sıra işlər görülmüş, muzeylərin fəaliyyəti diqqətdə saxlanılmış, mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmişdir. Muzeylərdə açıq və interaktiv dərslər, seminar-treninqlər davam etdirilmiş, sərgilər açılmış, muzey fondlarına 146 yeni eksponat daxil olmuşdur. Ötən ay muxtar respublika muzeylərini 55 min 884 tamaşaçı ziyarət etmişdir ki, onlardan da 14 min 608-i xarici ölkə vətəndaşı olmuşdur.

Noyabr ayında kitabxanaların da fəaliyyəti diqqətdə saxlanılmış, kitab müzakirələri aparılmışdır. Muxtar respublika kitabxanalarında yeni oxucu sayı 327, oxucu gəlişi 13 min 80 nəfər, kitab verilişi 39 min 867 nüsxə olmuş, “Mütaliə”, “Nağıl”, “Kitabxanaçı” və “Kitabxana” günləri keçirilmişdir. Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Əli və Nino” və “Qayınana əməliyyatı”, Naxçıvan Dövlət Kukla Teatrı “Göyçək Fatma”, “Qırmızı, yaşıl, mavi”, “Meşə macəraları”, “Nəğməkar bülbül”, “Sirli sözlər”, Naxçıvan Dövlət Uşaq Teatrı isə “Nadan xoruz” tamaşalarını nümayiş etdirmişlər. Babək Rayon Xalq Teatrı muxtar respublikanın şəhər və rayonlarında “Subaylarınızdan görəsiniz”, Şərur Rayon Xalq Teatrı “Varlı qadın”, Naxçıvan Şəhər “Gənclik” Xalq Teatrı isə “Yarımgünlük rəis müavini” tamaşalarını göstərmişlər.
Naxçıvan Dövlət Film Fondu “Azərbaycan Kinosu Günü” layihəsi çərçivəsində Culfa rayonunun Teyvaz kəndində “Qırmızı bağ”, Babək rayonunun Cəhri kəndində “Xoşbəxt ay-ulduz”, Ordubad şəhərində “Dərvişin qeydləri”, məktəblilər üçün “Xoşbəxt ay-ulduz” bədii və sənədli filmlərini nümayiş etdirmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR