Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında muzey əməkdaşları üçün “Gənc nəslin təlim-tərbiyəsində muzeylərin rolu” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə nazirliyin baş məsləhətçisi Qumral Əsədova çıxış edərək bildirib ki, bu ilin 11 ayında muxtar respublikanın muzeylərinə 1389 eksponat daxil olub. Bu müddətdə muzeylərimizi 552 min 745 tamaşaçı ziyarət edib ki, onlardan da 171 mindən çoxu xarici ölkə vətəndaşıdır.
Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli mövzu ilə bağlı çıxış edib.
Sonra muzeyin ekspozisiyasına baxış olub, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Əli RZAYEV