Dekabrın 6-da Babək rayonunun Cəhri Kənd Uşaq Musiqi Məktəbinin xanəndəlik ixtisası üzrə müəllim və şagirdlərinin Naxçıvan Şəhər “Gənclik” Mərkəzində “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” tədbirləri çərçivəsində “Ritmik muğam kompozisiyası” adlı konsert proqramı olub.
Konsertdə Cəhri Kənd Uşaq Musiqi Məktəbinin müəllimi Hünər Əliyev, şagirdləri Əli Mehralıyev, Həsən Babazadə, Ələkbər Sadiqovun ifasında muğamlarımız maraqla qarşılanıb.
Muxtar respublikanın Əməkdar artisti Hünər Əliyev və onun şagirdlərinin ifasında “Ritmik muğam kompozisiyası” uğurlu alınıb. Bir-birini əvəz edən ritmik muğamlar tamaşaçıda xoş ovqat yaradıb. “Heyratı”, “Qarabağ şikəstəsi” və başqa mərdlik, qəhrəmanlıq əhval-ruhiyyəsi aşılayan muğamlar alqışlarla qarşılanıb.
Xalq çalğı alətləri ansamblının hazırladığı “Ritmik muğam kompozisiyası” tamaşaçılarda xoş ovqat yaradıb.
Əli RZAYEV