23 Dekabr 2024, Bazar ertəsi

Dünən Hüseyn Cavidin ev-­muzeyi və xatirə kompleksində böyük romantik şair və dramaturqun anım günü ilə bağlı tədbir keçirilib.
Tədbirdən əvvəl Hüseyn Cavidin məqbərəsi ziyarət edilib.
Muzeydə davam edən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova açaraq böyük Azərbaycan şairinin ədəbiyyatımıza gətirdiyi mövzu və forma yeniliklərindən danışıb.

Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov “Hüseyn Cavid irsinə Heydər Əliyev qayğısı” mövzusunda çıxış edərək bildirib ki, ümummilli lider 1982-ci ildə Cavidin cənazəsinin Uzaq Sibirdən Bakıya gətirilməsində müstəsna cəsarət göstərib. Məhz ulu öndərin təşəbbüsü və xidmətləri sayəsində Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər həyata keçirilib, şairin yubileyləri yüksək səviyyədə qeyd edilib. Ötən dövrdə böyük sənətkarın əsərləri ­teatrlarımızda səhnəyə qoyulub, kitabları nəşr olunub, muzeyləri yaradılıb, onun xatirəsi əbədiləşdirilib, yaradıcılığı tədqiq olunub.
Sonra AMEA Naxçıvan Bölməsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova “Hüseyn Cavid və müasir dövr”, pedaqoji elmlər doktoru, dosent Kamal Camalov “Əbədiyaşar Cavid” mövzularında çıxış ediblər.
Tədbirin sonunda görkəmli şairin şeirləri bədii qiraət olunub.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR