23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetinin kitabxanasında “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinin təbliğat kampaniyası keçirilib.

Əvvəlcə “Naxçıvan” Universitetinin Tədris şöbəsinin müdiri Anar Abuzərli çıxış edərək tədbirin mahiyyəti haqqında məlumat verib.
Sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək muxtar respublikada həyata keçirilən gənclər siyasəti, həmçinin gənclərə göstərilən diqqət və qayğı, onlar üçün yaradılmış şəraitdən danışıb. Bildirib ki, layihənin keçirilməsində məqsəd gənc nəslin tarixə, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Vurğulanıb ki, “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinə 2018-ci il 20 iyul tarixdən Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində start verilib, orada bunun üçün xüsusi bir guşə ayrılıb. Həmin layihə, eyni zamanda Gənclər və İdman Nazirliyində də davam etdirilir. Bu günədək layihənin 120 iştirakçısı olub.

Təbliğat kampaniyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı nümunələrinin yer aldığı 100 bədii kitab gənclərin istifadəsinə verilib.
Layihə ilə bağlı suallar cavablandırıldıqdan sonra gənclər özləri ilə gətirdikləri kitabları digərləri ilə dəyişdiriblər. Kampaniya “Naxçıvan” Universitetinin həyətində davam edib.
Qeyd edək ki, təbliğat kampaniyası bundan sonra muxtar respublikanın rayon və şəhərlərində, eyni zamanda digər ali və orta ixtisas təhsili müəssisələrində də həyata keçiriləcəkdir. Layihənin şərtlərinə əsasən mütaliə etmək istəyən hər kəs götürəcəyi kitabın məbləğinə uyğun kitab gətirərək yenisini götürə bilər. Gətirilən kitablar səliqəli, istifadəyə yararlı vəziyyətdə, həmçinin latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyatlar olmalıdır. Öz kitabxanasında olan maraqlı kitablardan gənclərin də faydalanmasını istəyən hər kəs layihəyə dəstək məqsədilə ayrılmış guşəyə kitab hədiyyə edə bilər.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR