23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan müəssisələrin gənc­ləri arasında “Mədəni irs” intellektual oyunu ­keçirilib.
Əvvəlcə oyunda iştirak edən 8 komanda haqqında məlumat verilib. Bildirilib ki, bu turda “Melodiya” (Naxçıvan Musiqi Kolleci), “Araz” (Naxçıvan Şəhər Mədəniyyət Şöbəsi), “Arpaçay” (Şərur Rayon Mədəniyyət Şöbəsi), “Turan” (Babək Rayon Mədəniyyət Şöbəsi), “Gəmiqaya” (Ordubad Rayon Mədəniyyət Şöbəsi), “Əlincəqala” (Culfa Rayon Mədəniyyət Şöbəsi), “Çınqıllı” (Şahbuz Rayon Mədəniyyət Şöbəsi), “Yaşıl budaq” (Sədərək Rayon Mədəniyyət Şöbəsi) komandaları iştirak edir.
Komandalara seçim turunun keçirilməsi haqqında məlumat verilərək birdirilib ki, ən çox bal toplayan 4 komanda II tura (finala) vəsiqə qazanacaqdır.
Birinci turda komandaların hər bir iştirakçısı üçün 5, ikinci turda (finalda) isə 10 sual verilib. İlk 9 sual Azərbaycanın və Naxçıvanın mədəniyyəti, incəsənəti ilə bağlı olub. Sonuncu sual isə Azərbaycan filmlərindən fraqmentlər göstərilməklə verilib. Hər bir sualın düzgün cavabı 100 balla qiymətləndirilib.
Maraqlı və gərgin keçən “Mədəni irs” intellektual oyununun final mərhələsinə vəsiqə almış və ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. “Araz” komandası I, “Turan” komandası II, “Melodiya” komandası III yerə layiq görülüblər.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR