Oktyabr ayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən əlamətdar və tarixi günlərlə bağlı tədbirlər keçirilmiş, muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmışdır. Bəhruz Kəngərli və “Əlincəqala” Tarix-Mədəniyyət muzeylərinin işçiləri üçün seminar-treninq keçirilmişdir.
Ay ərzində muxtar respublika muzeylərini 61 min 301 tamaşaçı ziyarət etmişdir ki, onlardan da 17 min 249-u əcnəbi vətəndaş olmuşdur. Muzeylərdə açıq və interaktiv dərslər də davam etdirilmiş, sərgilər açılmış, bu mədəniyyət müəssisələrinə 178 yeni eksponat daxil olmuşdur.
Ötən ay kitabxanaların fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, kitab müzakirələri davam etdirilmiş, “Kitabxana günü”, “Kitabxanaçı günü”, “Nağıl günləri” və “Mütaliə günü” keçirilmişdir. Muxtar respublika kitabxanalarında yeni oxucu sayı 336, oxucu gəlişi 13 min 752 nəfər, kitab verilişi 51 min 537 nüsxə olmuşdur.
Ay ərzində Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Əli və Nino”, Naxçıvan Dövlət Kukla Teatrı “Göyçək Fatma”, “Ələddinin sehrli çırağı”, “Tülkü həccə gedir”, “Keçinin qisası” tamaşalarını nümayiş etdirmişlər. Naxçıvan Dövlət Film Fondu isə oktyabr ayı ərzində “Azərbaycan Kinosu Günü” ilə əlaqədar Şahbuz, Kəngərli və Sədərək rayonlarında “Üçüncü günün adamı” bədii filmini nümayiş etdirmişdir.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti