23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Azərbaycan Rəssamlar İttifaqının üzvü, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin baş fond mühafizi, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, sənət­şünas Nizami Alıyevin 60 illik yubileyi qeyd olunub.
Tədbiri Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva açaraq muxtar respublikada sənət adamlarına göstərilən yüksək dövlət qayğısından bəhs edib.
Vurğulanıb ki, Nizami Alıyev Naxçıvanın dekorativ-tətbiqi sənət nümunələrini, eləcə də qədim memarlıq və monumental sənət abidələrini tədqiq edib, Naxçıvan abidələrinin öyrənilməsi ilə əlaqədar təşkil olunan bütün elmi ekspedisiyalarda fəallığı ilə seçilib.
Sənətşünas alim bu gün də Naxçıvan rəssamlarının, Naxçıvanın ­tarixi-memarlıq abidələrinin, qədim yaşayış yerlərinin, qalaların, dini abidələrin təbliğində fəal iştirak edir.
Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev, Xalq rəssamı, professor Hüseynqulu Əliyev və sənət dostları çıxış edərək yubilyarı təbrik ediblər.
Sonda Nizami Alıyev fəaliyyətinə yüksək qiymət verildiyinə, göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR