Dünən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ordubad Şəhər Uşaq Musiqi Məktəbində rayonun uşaq musiqi məktəblərinin müəllim və şagirdləri üçün ustad dərsləri keçilib.
Dərslərin keçilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.
Muxtar respublikanın tanınmış müəllim və musiqiçiləri ustad dərslərində müxtəlif musiqi alətlərində ifaçılıq sirlərindən, musiqi janrlarından bəhs ediblər.
Dərslər başa çatdıqdan sonra suallar cavablandırılıb.
Əli RZAYEV