Ötən həftənin şənbə və bazar günləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən daha bir festival – “Ailə təsərrüfatı məhsulları” festivalı xoş anlarla yadda qaldı.
Muxtar respublikamızın bütün rayonlarından diyarımızın iqtisadi göstəricilərini əks etdirən məhsullar festivala çıxarılmışdı. Festivalın sonunda “Ən yaxşı məhsul” nominasiyası üzrə müsabiqənin qaliblərinə diplomlar təqdim olundu.
Müsabiqənin nəticələrinə əsasən Şərur, Culfa və Şahbuz rayonlarından müvafiq olaraq Muqbil Zamanov, Çiçək Bayramova və Abbas Hacıyev festivalın qalibləri olublar. Ordubad, Babək, Kəngərli rayonlarından Mustafa Qədimov, Tofiq Abutalıbov və Pakizə İsmayılova ikinci, Sədərək rayonu, Naxçıvan şəhəri və Şərur rayonundan Mehbarə Hüseynova, Mübariz Mirzəyev və Sənan Qasımzadə isə üçüncü yerə layiq görülüblər.
Xəbərlər şöbəsi