23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikada yaşayıb-yaradan qələm sahibləri ilə tələbələrin görüşü keçirilib. Tədbiri giriş sözü ilə təhsil ocağının rektoru, dosent Elbrus İsayev açıb.
Bildirilib ki, muxtar respubli­kamızın təhsil ocaqlarında tələbələrin yazı, mütaliə vərdişlərini inkişaf etdirmək və onları yaradıcılığa həvəsləndirmək məqsədi daşıyan görüşlərin keçirilməsi artıq ənənə halını alıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar çıxışında qeyd edib ki, Azərbaycan ədəbiyyatı tarixən özünəməxsus xüsusiyyətləri və ənənələri ilə seçilib. Tarixin bütün dövrlərində Naxçıvanda yaşayıb-yaradan yazıçı və şairlər ədəbiyyatımıza öz töhfələrini veriblər.
Asim Yadigar Yazıçılar Birliyinin tarixinə nəzər salaraq vurğulayıb ki, indiyə kimi 30-a yaxın almanax dərc olunub. Bunların 16-sı son 11 ildə işıq üzü görüb. Şair və yazıçıların əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, onlar Prezident mükafatına və fəxri adlara layiq görülüblər.
Yazıçılar Birliyinin üzvlərindən tədbirdə iştirak edənlər çıxışlarında muxtar respublikada yaradıcı qələm sahiblərinə göstərilən dövlət qayğısından danışıblar.
Təhsil ocağının məzunlarından Mirşahin Seyidov, Ayxan Hüseynov və başqalarının bədii qiraət etdikləri şeirlər maraqla qarşılanıb.
Sonda tələbələrin sualları cavablandırılıb. Öz şeirlərini bədii qiraət edən tələbələrə hədiyyələr verilib.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR