23 Dekabr 2024, Bazar ertəsi

Oktyabrın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin kollektivləri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini və Nuh Peyğəmbərin məzarüstü türbəsini ziyarət ediblər. “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksi ilə tanışlıq zamanı ziyarətçilərə eramızdan əvvəl V-III minilliklərə aid olan müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, qiymətli eksponatlar haqqında ətraflı məlumat verilib.
Nuh Peyğəmbərin məzarüstü türbəsində bildirilib ki, təxminən, 7500 il bundan əvvəl baş vermiş ümumdünya daşqını zamanı Nuh və ona iman gətirənlərin mindikləri gəmi ilk dəfə Naxçıvanda quruya çıxıb, onlar burada məskən salıblar. Zaman­-zaman dağıntılara məruz qalan məzarüstü türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2006-cı il 28 iyun tarixli “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında” Sərəncamına əsasən bərpa edilib.

Həmin gün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin və struktur qurumlarının əməkdaşları Heydər Əliyev Muzeyini, Nazirlər Kabinetinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyini, Daxili İşlər Nazirliyinin əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini, Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Ədəbiyyat Muzeyini, Ali Məhkəmə, Naxçıvan Şəhər Məhkəməsi və ixtisaslaşmış məhkəmələrin əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksi və Gülüstan türbəsini, Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Hərbi Prokurorluq və Naxçıvan Şəhər Prokurorluğunun kollektivləri Naxçıvan Dövlət Tarix Muzeyini, Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin əməkdaşları Dövlət Bayrağı Muzeyini, Dövlət Gömrük Komitəsinin kollektivi Bəhruz Kəngərli Muzeyini, Maliyyə Nazirliyinin əməkdaşları Naxçıvan Dövlət Rəsm Qalereyasını ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyində, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının kollektivi Nəbatat bağında, İqtisadiyyat Nazirliyinin əməkdaşları Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksində, Dövlət Nəqliyyat Xidmətinin kollektivi Xatirə Muzeyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağlar Türbə Kompleksində, Kənd Təsərrüfatı Nazirliyinin kollektivi Cəmşid Naxçıvanskinin ev-muzeyində, Mədəniyyət Nazirliyinin əməkdaşları Duz Muzeyində, Mərkəzi Seçki Komissiyası, Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kollektivləri Naxçıvan Biznes Mərkəzində olublar.
Qeyd edək ki, oktyabrın 27-də muxtar respublikanın şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində fəaliyyət göstərən muzeyləri ziyarət ediblər.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR