23 Dekabr 2024, Bazar ertəsi

Arını duman, insanı iman yоla gətirər.

* * *
Arının şahı şah оlsa, balı Bağdaddan gələr.
* * *
Arının şan çəkməsi memarı ­utandırar.
* * *
Arı yuvasına çöp uzatmazlar.
* * *
Arı şirəyə dоlanar.
* * *
Arı yalançını sancar.

* * *
Arıdan çox zəhmətsevər tapmazsan.
* * *
Arının cəfasını çəkməyən səfasını da görməz.
* * *
Harda çiçək varsa, orda bal da olar.
* * *
Balsız şanda arı durmaz.
* * *
Balı dibindən, yağı üzündən.
* * *
Bal tutan barmaq yalar.
* * *
Bal verən çiçəyi arı tanıyar.
* * *
Bala baldan şirindir.
* * *
Eyni güldən ilan zəhər, arı bal ­çəkər.
* * *
Bal barmaqda, yağ dırnaqda.
* * *
Bal da yesə dirilməz.
* * *
Bal tutanda arısı Şamdan gələr.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR