23 Dekabr 2024, Bazar ertəsi

Muxtar respublikada mədəni-­kütləvi tədbirlərin əhatə dairəsi genişləndirilmişdir. 2018-ci ilin ötən 9 ayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında 2394 tədbir keçirilmiş, əlamətdar və tarixi günlərlə bağlı konsert, dəyirmi masa və konfranslar təşkil edilmiş, filmlər göstərilmiş, sərgilər açılmışdır.
Hesabat dövründə muzeyləri 139 mindən çoxu əcnəbi vətəndaş olmaqla, ümumilikdə, 435 min tamaşaçı ziyarət etmişdir. Həmçinin bu dövrdə muzeylərə 1065 yeni eksponat verilmiş, muzeylərlə təhsil müəssisələri arasında 7 distant və 224 açıq dərs keçilmiş, əlamətdar günlərlə bağlı 79 sərgi açılmışdır.
Muxtar respublikanın kitab­xanalarında oxucu-kitabxana əlaqələrinin düzgün qurulması diqqətdə saxlanılmış, ötən 9 ayda 799 mədəni-kütləvi tədbir keçirilmiş, 331 sərgi açılmış, “Oxunması zəruri olan kitablar”la bağlı 147 müzakirə təşkil olunmuşdur. Kitabxanalara yeni oxucu gəlişi 1785, müraciət edən oxucuların sayı 100 min 964 nəfər olmuş, elektron kitabxanadan 4724 oxucu istifadə etmişdir.
2017-2018-ci tədris ilində uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini 602 şagird bitirmişdir. Yeni tədris ilində məktəblərə 990 şagird qəbul olunmuş, istedadlı tələbə və şagirdlərin konsertlərinin təşkili diqqətdə saxlanılmışdır.
Ötən dövrdə teatr kollektivləri tərəfindən ictimaiyyətə 20 tamaşa təqdim olunmuş, Naxçıvan şəhərində və rayonlarda 40-a yaxın bədii və sənədli film nümayiş ­etdirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR