23 Dekabr 2024, Bazar ertəsi

Tədbiri Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev açaraq bildirib ki, bu gün muxtar respublikamızda gənclərin mütaliə mədəniyyətinin artırılması diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublika Kitabxanasında, AMEA Naxçıvan Bölməsində, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Dövlət Universitetində və Gənclər Mərkəzindəki elektron kitabxanalarda mövcud çoxsaylı ədəbiyyatlar gənclərimizin mütaliə mədəniyyətinin inkişafına geniş imkanlar açır.
Diqqətə çatdırılıb ki, bu gün yaradıcı gənclərimiz dövlətimizin onlara yaratdığı hərtərəfli şəraitdən istifadə edir, yeni-yeni əsərlər ərsəyə gətirirlər. Tural Həsənli də belə gənclərimizdəndir. O, roman və şeirlər kitablarının müəllifi kimi bu gün geniş oxucu kütləsi qazanıb.
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Elxan Yurdoğlu və Leyla Səfərova çıxış edərək bildiriblər ki, dedektiv janrda qələmə alınan və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik keyfiyyətlə nəşr olunan “Təşəbbüs” romanında müəllifin marağını cəlb edən aktual məsələlərlə bağlı fikirlər öz əksini tapıb.
Tural Həsənli tədbirin təşkilinə görə minnətdarlığını bildirib.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR