23 Dekabr 2024, Bazar ertəsi

“Gənclik” Mərkəzində “İslam filmləri həftəsi” çərçivəsində məşhur İran rejissoru və ssenaristi Məcid Məcidinin “Yağış” bədii filmi kinosevərlərə təqdim edilib.
“Baran” yaxud “Yağış” filmi 25-ci Monreal (Kanada) Dünya Film Festivalı çərçivəsində “Ən yaxşı film” mükafatına layiq görülüb və Avropa Film Akademiyasının mükafatına namizəd olub. Qeyd edək ki, tanınmış İran rejissorunun çəkdiyi ekran əsərləri dünyada geniş tamaşaçı auditoriyası toplayıb, bir sıra film festivallarında onlarla mükafata layiq görülüb. Yeni İran kinosunun yaradıcılarından hesab edilən Məcid Məcidi “Ata”, “Yağış”, “Sərçələrin nəğməsi”, “Cənnətin uşaqları”, “Tanrının rəngi”, “Söyüd ağacı” və başqa filmlərində insan qəlbinin ən dərin dünyasını bütün cizgiləri və koloriti ilə ekranlaşdırıb.
2001-ci ildə çəkilmiş “Yağış” filmi mövzu və problemin ekran həlli baxımından maraqlıdır. Filmdə Əfqanıstanda baş verən vətəndaş müharibəsindən sonra İranda məskunlaşan qaçqınların ağır vəziyyəti təsvir olunur. Yüksək sənətkarlıq məziyyətlərinə görədir ki, “Yağış” filmi indiyədək müxtəlif beynəlxalq festivallarda 10-dək mükafat qazanıb.
Qeyd edək ki, bu gün “İslam filmləri həftəsi”ndə Özbəkistan və Tacikistan kinematoqraflarının birgə istehsalı olan “Dahinin gəncliyi” filmi tamaşaçılara göstəriləcəkdir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR