23 Dekabr 2024, Bazar ertəsi

Kəngərli rayonunun Qarabağlar kəndi təkcə muxtar respublikamızın deyil, ümumilikdə, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Bu yaşayış məskəni haqqında tarixi mənbələrdə bir çox məlumatlar var. Orta əsrlər dövründə Qarabağların Yaxın Şərq ölkələri ilə Avropanı birləşdirən mühüm karvan yollarının üzərində yerləşməsi burada elm, mədəniyyət, sənətkarlıq və ticarətin inkişafına mühüm təsir göstərib. Təsadüfi deyil ki, orta əsr səyyahları Qarabağların böyük bir şəhər olduğunu bildirməklə yanaşı, həm də burada gözəl memarlıq abidələrinin – məscid, minarə, karvansaray, hamam kimi tikililərin mövcudluğundan bəhs edirlər. Təəssüflər olsun ki, zaman keçdikcə bu tikililərin böyük əksəriyyəti müxtəlif səbəblər üzündən dağılaraq məhv olmuş, çox az bir hissəsi bu günümüzədək gəlib çatmışdır. 

Daha doğrusu, dövrümüzədək salamat qalmış abidələr içərisində indi yalnız qoşa minarələri olan Qara­bağlar türbəsini görə bilirik. Bu möhtəşəm abidə Naxçıvan memarlığının incilərindən sayılmaqla yanaşı, həm də bir neçə arxeoloji abidəni nəzərə almasaq, Qarabağların zəngin tarixi keçmişinə işıqtutan bir mayak rolunu oynayır. Ona görə ki, Qarabağlar türbəsi, sadəcə, bir abidə deyil. Təhlil etsək, görərik ki, bu tikili mühəndislik elementlərinin işlənmə texnikasına görə Naxçıvan memarlığının gücünü, inşa edildiyi tarixi dövrə görə təkmilləşmiş dövlət idarəçiliyini, üzərindəki yazılı kitabələrə görə islami dəyərlərə ehtiramını göstərməklə bərabər, zəngin milli və mənəvi dəyərlərimizin məcmusunu özündə cəm edib. Bizim bu yazıda toxunacağımız mövzu türbə haqqında deyil. Söhbət ondan gedir ki, bu gün muxtar respublikamızda tarixi abidələrə göstərilən dövlət qayğısı belə tikililərə ikinci həyat verməklə yanaşı, həm də həmin abidələrin yerləşdiyi ərazilərin elmi şəkildə öyrənilməsinə yeni imkanlar açıb. Yəni biz görülən işlərə elmi şəkildə kompleks yanaşmanı müşahidə edirik. Elə bunun nəticəsidir ki, Naxçıvanda bərpa olunaraq ictimaiyyətə təqdim edilən hər bir abidə haqqında yeni, dolğun, elmi əsaslara söykənən məlumatlarla tanış oluruq. 

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul  tarixli Sərəncamı ilə bərpa işlərinə cəlb olunmuş, tam iki il sonra – bu il iyulun 5-də  istifadəyə verilən Qarabağlar Türbə Kompleksi də görülən işlərdən sonra təkcə bu abidənin deyil, ümumilikdə, Qarabağlar yaşayış yerinin tarixi keçmişinə işıq tutur. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunmuş “Qarabağlar Türbə Kompleksi” adlı yeni kitabda Qarabağlarla bağlı maraqlı faktlar araşdırılaraq üzə çıxarılıb. Kitabda “Qarabağlar” sözünün etimologiyası, Qarabağlar türbəsinin memarlıq xüsusiyyətləri, türbə və onun ətrafındakı epiqrafik abidələr tədqiq olunub, türbə yaxınlığında olan tarix-memarlıq abidələri haqqında məlumatlar verilib. Halbuki bu məlumatları indiyədək bir mənbədən tapmaq mümkün deyildi. Eyni zamanda Qarabağların tarixi keçmişi ilə bağlı indiyədək kompleks tədqiqat işləri aparılmamışdı. Yaşayış yerinə məxsus abidələrin bəziləri ayrı-ayrılıqda müxtəlif dövrlərdə tədqiqata cəlb edilsə də, bəzi hallarda müəyyən tarixi yanlışlıqlara da yol verilmişdi. Nəticədə, bəzən bu yurd yerinə məxsus ərazilərin adı, bəzən tarixi tikililərin kitabələrindəki yazıların oxunuşu, bəzən isə tikililərin tarixi və ya onları inşa edən (etdirən) şəxslərlə bağlı məlumatlar bir-birindən fərqlənirdi. Bu isə təbii olaraq tarixi keçmişimizlə bağlı bilməyərəkdən təhrif olunmuş məlumatların yayılmasına səbəb olurdu. Məhz yeni nəşr olunmuş “Qarabağlar Türbə Kompleksi” kitabı tarixi faktların dili ilə oxucuya Qarabağların dünəni ilə bağlı məlumatlar verir. 

Lakin bizim bu yazıda toxunmaq istədiyimiz orta əsrlərin karvan yolları üzərində yerləşən, ticarət, elm və mədəniyyətin inkişaf etdiyi, onlarla  möhtəşəm abidələrin – karvan­sarayların, məscid, mədrəsə və hamam­ların mövcud olduğu bir şəhərin tarix üçün qısa bir zaman ərzində, necə deyərlər, “müxtəlif səbəblər üzündən” xarabalıqlara, o cümlədən kəndə çevrilməsidir. Mənbə olaraq yeni nəşr olunmuş kitaba diqqət edək:

“...Qarabağlar kəndi tarixi çox uzaqlara gedən qədim yaşayış məskənlərindən biri olmaqla, orta əsrlər dövründə Azərbaycanın qədim şəhərlərindən birinə çevrilmişdir... Burada olan möhtəşəm memarlıq abidələri – türbə və minarələr XII-XIV əsrlərdə Qarabağların böyük şəhər olduğunu sübut edir. Qarabağların şəhər kimi formalaşması və inkişaf dövrü isə Hülakülər dövləti dövründə olmuşdur. Qarabağlar şəhəri XVI əsrdə dağıntılara məruz qalsa da, şəhər bölgə mərkəzi kimi statusunu itirməmişdir. Lakin bununla belə, şəhərin əksər hissəsi xarabalıqlardan ibarət idi. Birinci Osmanlı idarəçiliyi dövründə (1587-1603) şəhər baxımsızlıq səbəbindən tənəzzülə uğramış və hətta 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə kənd kimi qeyd edilmişdir”. Kitabda daha sonra oxuyuruq: “Qarabağlar haqqında XV əsrin görkəmli salnaməçisi Nizaməddin Şami “Zəfərnamə” əsərində bəhs etmişdir. Nizaməddin Şami orta əsrlərin məşhur fatehi Əmir Teymurun səfərlərində onu müşayiət etmiş, tarixi hadisələrin canlı şahidi olmuşdu. Müəllif özünün “Zəfərnamə”sində Əmir Teymurun Hindistandan dönməsi bölməsində Teymurun Qarabağlarda müəyyən müddətdə qalmasını belə təsvir edir: “Əmir Teymur Hindistandan paytaxt Səmərqəndə qayıtdıqdan sonra İran məmləkətinə, xüsusilə Azərbaycana və ona bağlı yerlərə gürcü və erməni əsgərləri tərəfindən təcavüzlər vaqe olduğunu, buna görə də rəiyyətin zərər gördüyünü xəbər aldı. Əmiri Hümayun namus və qeyrətinə toxunan bu hala görə 802-ci ildə (miladi 1399-1400 ) hərəkətlə Xorasana doğru yola düşdü. Sultaniyyəni keçərək Təbriz Qarabağlarına gəlib orada ordusu ilə nazil oldu və səhraları çadırları və bayraqları ilə işğal etdi, ordunu təftiş ilə əsgərlərin hamısına ülufə (yem) və yeyəcək verdi...”  

Tarixçilərimizin də yazdığı kimi, Nizaməddin Şaminin bu şəhər haqqında yazdıqları ondan 300 il sonra burada olmuş Ö.Çələbinin “binur  Teymur Qarabağlarda böyük bir qoşunu ilə beş ay müddətinə qışlağa qalmışdır” məlumatı ilə bir daha təsdiqlənir. Daha sonra oxuyuruq: “Məşhur türk tarixçisi İbrahim Əfəndi­­ Peçevinin “Tarix” əsərində də Qarabağlar haqqında bəhs edilir. İbrahim Peçevi XVI-XVII əsrlərdə bu böyük Azərbaycan şəhərinin əhalisinin həyatı, ticarət və peşə sənətkarlığı haqqında məlumat verir. Göstərir ki, Qarabağlar onun dövründə böyük bir dairə olmuşdu. Yəni Qarabağlar şəhər və ona tabe olan ətraf yerlərdən ibarət idi...”

Kitabda qeyd olunur ki, Çələbi Azərbaycana birinci səfərində (1646-1647-ci illər) “Böyük Qarabağlar şəhərinin təsviri”nə geniş yer vermişdir: “Bu şəhərin binasını ilk dəfə Mənüçöhr qoymuşdur. Qədim şəhərdir; indi də Naxçıvan torpağında ayrıca sultanlıqdır. Qədim zamanlarda böyük şəhər imiş. 1012-ci ildə (1603-cü ildə) Üçüncü Məhəmməd xan zamanında Osmanlı əlində ikən Əcəm zəfər qazandı. 1045-ci il tarixində (1635-ci il) Rəvan fatehi, zəmanənin Murad xanı Rəvan fəthindən sonra bu şəhərə gəlib burada dayandıqda qədim əlyazmalarda cənnət qədər abad olan şəhəri dərya misal qoşununun ixtiyarına verərək onu bilmərrə dağıdıb xarab etmişdir, xarabalıqları hələ də durmaqdadır”.

Deməli, bu tarixi dövrədək Qara­bağlar şəhəri ən azından bir dəfə böyük dağıntıya məruz qalmışdır. Səyyah dağıntıların xarabalıqlarını müşahidə edərək bunu yol dəftərində qeyd edir. Ancaq bununla belə, şəhər yenə öz statusunu qoruyub saxlayır və XVII əsrdə bura səyahət edən Çələbi Qarabağları yenə də böyük bir şəhər kimi təsvir edir. Onun məlumatına görə, XVII əsrdə Qarabağlarda, təqribən, 50 min adam yaşayırdı. Bu, indiki Naxçıvan şəhər əhalisinin, təqribən, yarısı deməkdir. Bununla yanaşı, səyyah şəhərdə 10 min ev, 70 məscid, 40 minarə, karvansaray, hamam, bazar və digər obyektlərin olduğunu bildirir. Bütün bunlar onu göstərir ki, XVII yüzilliyin ortalarında Qarabağlar Naxçıvan bölgəsinin, bütövlükdə, Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri olmuşdur. Lakin maraqlı məqamlardan biri, elə bu yazının yazılmasını zəruri edən səbəblərdən biri də qısa bir müddət ərzində Qarabağlar kimi böyük, sivilizasiyalı şəhərin çox qısa bir dövrdə kəndə çevrilməsi, burada yuxarıda saylarını açıqladığımız tikililərin günümüzədək heç bir iz qoymadan yox olması və mənbələrdə bununla bağlı məlumatların yoxluğudur. 

AMEA-nın müxbir üzvü Qadir Qədirzadə “Qarabağlar Türbə Kompleksi” kitabında haqlı olaraq qeyd edir ki, “...O dövrdə Qarabağlar böyük İpək Yolu üzərində əsas ticarət mərkəzlərindən biri olmuşdur. Bütün bunların fonunda diqqətimizi çəkən və bizi düşündürən bir məqam da mövcuddur. Təqribən, 70 il sonraya aid “Naxçıvan sancağının müfəssəl dəftəri”ndəki məlumatlarda verdiyi vergilərdən Qarabağlar yaşayış məskəninin qonşuluqdakı digər kəndlərdən geridə qaldığı məlum olur...”  Kitabda V.Qriqoryevin yazdıqlarına görə qeyd olunur ki, “Qarabağlar suyun çatışmazlığından əkinçiliyin zəif inkişaf etdiyi kəndlərdəndir. Bu vəziyyət sonralar da davam etməklə 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıya­almanın nəticələrindən məlum olur ki, Qarabağlar kəndində mövcud olan 192 evdən 189-da şiə etiqadlı müsəlman tatarlar olmaqla, toplam 1045 nəfər yaşayırdı. Rəqəmlərə görə, Övliya Çələbinin təsvir etdiyi 10000 evi, 50000 əhalisi olan yaşayış məntəqəsi 80 ildə dağılmışdır”.

Bizim isə gəldiyimiz qənaət bundan ibarətdir ki, bu 80 illik dövr Qarabağlar kimi abad, sivilizasiyalı bir mədəni mərkəzin çökməsi üçün məqbul zaman sayılsa da, buradakı çoxsaylı tarixi tikililərin izləri və ya yerləşdiyi ərazilərlə bağlı məlumatların olmaması çox düşündürücüdür. Əgər V.Qriqoryevin yazdığına görə, su çatışmazlığından əhalinin buradan, deyək ki, köçü baş veribsə, bəs onda 40-ı minarəli olmaqla, 70 məscid, karvansaray və hamam  binaları, böyük çarşı və bazarlar, dağıdılıbsa, sonrakı illərdə qalıqlarına niyə rast gəlinməyib? İndiki müharibələrin gücündən fərqli olaraq iki əsr bundan əvvəl aparılan müharibələrdə dağıntılar daha çox iz buraxırdı axı. Yox, əgər bu dağıntılar indiyədək mənbələrdə rast gəlinməyən hər hansı zəlzələ üzündən baş veribsə, o zaman yaşayış yerindəki türbənin minarələri niyə zəmanəmizədək salamat şəkildə gəlib çatıb? Biz mənbələrdə qeyd olunan məlumatların yalan olduğunu iddia etmirik. Əksinə, bu proseslərin yaşandığına inanırıq. Ancaq tarix elminin hələlik susduğu bu zaman fasiləsində “dağıdıcı müharibələr və yaxud təbii təsirlər nəticəsində” bu qədər sayda məscidin, hamam, çarşı, karvansaray, mədrəsə və digər binaların heç bir qalığına rast gəlinmə­məsi də inandırıcı görünmür. Morerin öz səyahətnaməsində qeyd etdiyi “Xokdan yuxarıda xarabalıqlar və bir neçə sütun  vardır” fikri də məsələyə baxışda qaneedici görünmür. Təbii  ki, bu tikililər dağıdılmışdır. Amma hansı şəraitdə, necə, kiminlə toqquşmalarda? Bizcə, gələcəkdə Qarabağlarla bağlı aparılan tədqiqatlar bu suallara aydınlıq gətirəcək. Biz həm də bu məsələyə ona görə toxunduq ki, Qarabağlar orta əsrlər dövründə Naxçıvan və Ordubad şəhərlərindən sonra mənbələrdə adı daha çox çəkilən elmi, mədəni və ticarət mərkəzlərdən olub. Tarixin öyrənilməmiş səhifələri haqqında məlumatlanmaq isə bizcə, hər kəs üçün maraqlı olar. 

 

 Səbuhi HƏSƏNOV


Daha doğrusu, dövrümüzədək salamat qalmış abidələr içərisində indi yalnız qoşa minarələri olan Qara­bağlar türbəsini görə bilirik. Bu möhtəşəm abidə Naxçıvan memarlığının incilərindən sayılmaqla yanaşı, həm də bir neçə arxeoloji abidəni nəzərə almasaq, Qarabağların zəngin tarixi keçmişinə işıqtutan bir mayak rolunu oynayır. Ona görə ki, Qarabağlar türbəsi, sadəcə, bir abidə deyil. Təhlil etsək, görərik ki, bu tikili mühəndislik elementlərinin işlənmə texnikasına görə Naxçıvan memarlığının gücünü, inşa edildiyi tarixi dövrə görə təkmilləşmiş dövlət idarəçiliyini, üzərindəki yazılı kitabələrə görə islami dəyərlərə ehtiramını göstərməklə bərabər, zəngin milli və mənəvi dəyərlərimizin məcmusunu özündə cəm edib. Bizim bu yazıda toxunacağımız mövzu türbə haqqında deyil. Söhbət ondan gedir ki, bu gün muxtar respublikamızda tarixi abidələrə göstərilən dövlət qayğısı belə tikililərə ikinci həyat verməklə yanaşı, həm də həmin abidələrin yerləşdiyi ərazilərin elmi şəkildə öyrənilməsinə yeni imkanlar açıb. Yəni biz görülən işlərə elmi şəkildə kompleks yanaşmanı müşahidə edirik. Elə bunun nəticəsidir ki, Naxçıvanda bərpa olunaraq ictimaiyyətə təqdim edilən hər bir abidə haqqında yeni, dolğun, elmi əsaslara söykənən məlumatlarla tanış oluruq. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul  tarixli Sərəncamı ilə bərpa işlərinə cəlb olunmuş, tam iki il sonra – bu il iyulun 5-də  istifadəyə verilən Qarabağlar Türbə Kompleksi də görülən işlərdən sonra təkcə bu abidənin deyil, ümumilikdə, Qarabağlar yaşayış yerinin tarixi keçmişinə işıq tutur. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunmuş “Qarabağlar Türbə Kompleksi” adlı yeni kitabda Qarabağlarla bağlı maraqlı faktlar araşdırılaraq üzə çıxarılıb. Kitabda “Qarabağlar” sözünün etimologiyası, Qarabağlar türbəsinin memarlıq xüsusiyyətləri, türbə və onun ətrafındakı epiqrafik abidələr tədqiq olunub, türbə yaxınlığında olan tarix-memarlıq abidələri haqqında məlumatlar verilib. Halbuki bu məlumatları indiyədək bir mənbədən tapmaq mümkün deyildi. Eyni zamanda Qarabağların tarixi keçmişi ilə bağlı indiyədək kompleks tədqiqat işləri aparılmamışdı. Yaşayış yerinə məxsus abidələrin bəziləri ayrı-ayrılıqda müxtəlif dövrlərdə tədqiqata cəlb edilsə də, bəzi hallarda müəyyən tarixi yanlışlıqlara da yol verilmişdi. Nəticədə, bəzən bu yurd yerinə məxsus ərazilərin adı, bəzən tarixi tikililərin kitabələrindəki yazıların oxunuşu, bəzən isə tikililərin tarixi və ya onları inşa edən (etdirən) şəxslərlə bağlı məlumatlar bir-birindən fərqlənirdi. Bu isə təbii olaraq tarixi keçmişimizlə bağlı bilməyərəkdən təhrif olunmuş məlumatların yayılmasına səbəb olurdu. Məhz yeni nəşr olunmuş “Qarabağlar Türbə Kompleksi” kitabı tarixi faktların dili ilə oxucuya Qarabağların dünəni ilə bağlı məlumatlar verir. Lakin bizim bu yazıda toxunmaq istədiyimiz orta əsrlərin karvan yolları üzərində yerləşən, ticarət, elm və mədəniyyətin inkişaf etdiyi, onlarla  möhtəşəm abidələrin – karvan­sarayların, məscid, mədrəsə və hamam­ların mövcud olduğu bir şəhərin tarix üçün qısa bir zaman ərzində, necə deyərlər, “müxtəlif səbəblər üzündən” xarabalıqlara, o cümlədən kəndə çevrilməsidir. Mənbə olaraq yeni nəşr olunmuş kitaba diqqət edək:“...Qarabağlar kəndi tarixi çox uzaqlara gedən qədim yaşayış məskənlərindən biri olmaqla, orta əsrlər dövründə Azərbaycanın qədim şəhərlərindən birinə çevrilmişdir... Burada olan möhtəşəm memarlıq abidələri – türbə və minarələr XII-XIV əsrlərdə Qarabağların böyük şəhər olduğunu sübut edir. Qarabağların şəhər kimi formalaşması və inkişaf dövrü isə Hülakülər dövləti dövründə olmuşdur. Qarabağlar şəhəri XVI əsrdə dağıntılara məruz qalsa da, şəhər bölgə mərkəzi kimi statusunu itirməmişdir. Lakin bununla belə, şəhərin əksər hissəsi xarabalıqlardan ibarət idi. Birinci Osmanlı idarəçiliyi dövründə (1587-1603) şəhər baxımsızlıq səbəbindən tənəzzülə uğramış və hətta 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə kənd kimi qeyd edilmişdir”. Kitabda daha sonra oxuyuruq: “Qarabağlar haqqında XV əsrin görkəmli salnaməçisi Nizaməddin Şami “Zəfərnamə” əsərində bəhs etmişdir. Nizaməddin Şami orta əsrlərin məşhur fatehi Əmir Teymurun səfərlərində onu müşayiət etmiş, tarixi hadisələrin canlı şahidi olmuşdu. Müəllif özünün “Zəfərnamə”sində Əmir Teymurun Hindistandan dönməsi bölməsində Teymurun Qarabağlarda müəyyən müddətdə qalmasını belə təsvir edir: “Əmir Teymur Hindistandan paytaxt Səmərqəndə qayıtdıqdan sonra İran məmləkətinə, xüsusilə Azərbaycana və ona bağlı yerlərə gürcü və erməni əsgərləri tərəfindən təcavüzlər vaqe olduğunu, buna görə də rəiyyətin zərər gördüyünü xəbər aldı. Əmiri Hümayun namus və qeyrətinə toxunan bu hala görə 802-ci ildə (miladi 1399-1400 ) hərəkətlə Xorasana doğru yola düşdü. Sultaniyyəni keçərək Təbriz Qarabağlarına gəlib orada ordusu ilə nazil oldu və səhraları çadırları və bayraqları ilə işğal etdi, ordunu təftiş ilə əsgərlərin hamısına ülufə (yem) və yeyəcək verdi...”  Tarixçilərimizin də yazdığı kimi, Nizaməddin Şaminin bu şəhər haqqında yazdıqları ondan 300 il sonra burada olmuş Ö.Çələbinin “binur  Teymur Qarabağlarda böyük bir qoşunu ilə beş ay müddətinə qışlağa qalmışdır” məlumatı ilə bir daha təsdiqlənir. Daha sonra oxuyuruq: “Məşhur türk tarixçisi İbrahim Əfəndi­­ Peçevinin “Tarix” əsərində də Qarabağlar haqqında bəhs edilir. İbrahim Peçevi XVI-XVII əsrlərdə bu böyük Azərbaycan şəhərinin əhalisinin həyatı, ticarət və peşə sənətkarlığı haqqında məlumat verir. Göstərir ki, Qarabağlar onun dövründə böyük bir dairə olmuşdu. Yəni Qarabağlar şəhər və ona tabe olan ətraf yerlərdən ibarət idi...”Kitabda qeyd olunur ki, Çələbi Azərbaycana birinci səfərində (1646-1647-ci illər) “Böyük Qarabağlar şəhərinin təsviri”nə geniş yer vermişdir: “Bu şəhərin binasını ilk dəfə Mənüçöhr qoymuşdur. Qədim şəhərdir; indi də Naxçıvan torpağında ayrıca sultanlıqdır. Qədim zamanlarda böyük şəhər imiş. 1012-ci ildə (1603-cü ildə) Üçüncü Məhəmməd xan zamanında Osmanlı əlində ikən Əcəm zəfər qazandı. 1045-ci il tarixində (1635-ci il) Rəvan fatehi, zəmanənin Murad xanı Rəvan fəthindən sonra bu şəhərə gəlib burada dayandıqda qədim əlyazmalarda cənnət qədər abad olan şəhəri dərya misal qoşununun ixtiyarına verərək onu bilmərrə dağıdıb xarab etmişdir, xarabalıqları hələ də durmaqdadır”.Deməli, bu tarixi dövrədək Qara­bağlar şəhəri ən azından bir dəfə böyük dağıntıya məruz qalmışdır. Səyyah dağıntıların xarabalıqlarını müşahidə edərək bunu yol dəftərində qeyd edir. Ancaq bununla belə, şəhər yenə öz statusunu qoruyub saxlayır və XVII əsrdə bura səyahət edən Çələbi Qarabağları yenə də böyük bir şəhər kimi təsvir edir. Onun məlumatına görə, XVII əsrdə Qarabağlarda, təqribən, 50 min adam yaşayırdı. Bu, indiki Naxçıvan şəhər əhalisinin, təqribən, yarısı deməkdir. Bununla yanaşı, səyyah şəhərdə 10 min ev, 70 məscid, 40 minarə, karvansaray, hamam, bazar və digər obyektlərin olduğunu bildirir. Bütün bunlar onu göstərir ki, XVII yüzilliyin ortalarında Qarabağlar Naxçıvan bölgəsinin, bütövlükdə, Azərbaycanın inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri olmuşdur. Lakin maraqlı məqamlardan biri, elə bu yazının yazılmasını zəruri edən səbəblərdən biri də qısa bir müddət ərzində Qarabağlar kimi böyük, sivilizasiyalı şəhərin çox qısa bir dövrdə kəndə çevrilməsi, burada yuxarıda saylarını açıqladığımız tikililərin günümüzədək heç bir iz qoymadan yox olması və mənbələrdə bununla bağlı məlumatların yoxluğudur. AMEA-nın müxbir üzvü Qadir Qədirzadə “Qarabağlar Türbə Kompleksi” kitabında haqlı olaraq qeyd edir ki, “...O dövrdə Qarabağlar böyük İpək Yolu üzərində əsas ticarət mərkəzlərindən biri olmuşdur. Bütün bunların fonunda diqqətimizi çəkən və bizi düşündürən bir məqam da mövcuddur. Təqribən, 70 il sonraya aid “Naxçıvan sancağının müfəssəl dəftəri”ndəki məlumatlarda verdiyi vergilərdən Qarabağlar yaşayış məskəninin qonşuluqdakı digər kəndlərdən geridə qaldığı məlum olur...”  Kitabda V.Qriqoryevin yazdıqlarına görə qeyd olunur ki, “Qarabağlar suyun çatışmazlığından əkinçiliyin zəif inkişaf etdiyi kəndlərdəndir. Bu vəziyyət sonralar da davam etməklə 14 may-17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıya­almanın nəticələrindən məlum olur ki, Qarabağlar kəndində mövcud olan 192 evdən 189-da şiə etiqadlı müsəlman tatarlar olmaqla, toplam 1045 nəfər yaşayırdı. Rəqəmlərə görə, Övliya Çələbinin təsvir etdiyi 10000 evi, 50000 əhalisi olan yaşayış məntəqəsi 80 ildə dağılmışdır”.Bizim isə gəldiyimiz qənaət bundan ibarətdir ki, bu 80 illik dövr Qarabağlar kimi abad, sivilizasiyalı bir mədəni mərkəzin çökməsi üçün məqbul zaman sayılsa da, buradakı çoxsaylı tarixi tikililərin izləri və ya yerləşdiyi ərazilərlə bağlı məlumatların olmaması çox düşündürücüdür. Əgər V.Qriqoryevin yazdığına görə, su çatışmazlığından əhalinin buradan, deyək ki, köçü baş veribsə, bəs onda 40-ı minarəli olmaqla, 70 məscid, karvansaray və hamam  binaları, böyük çarşı və bazarlar, dağıdılıbsa, sonrakı illərdə qalıqlarına niyə rast gəlinməyib? İndiki müharibələrin gücündən fərqli olaraq iki əsr bundan əvvəl aparılan müharibələrdə dağıntılar daha çox iz buraxırdı axı. Yox, əgər bu dağıntılar indiyədək mənbələrdə rast gəlinməyən hər hansı zəlzələ üzündən baş veribsə, o zaman yaşayış yerindəki türbənin minarələri niyə zəmanəmizədək salamat şəkildə gəlib çatıb? Biz mənbələrdə qeyd olunan məlumatların yalan olduğunu iddia etmirik. Əksinə, bu proseslərin yaşandığına inanırıq. Ancaq tarix elminin hələlik susduğu bu zaman fasiləsində “dağıdıcı müharibələr və yaxud təbii təsirlər nəticəsində” bu qədər sayda məscidin, hamam, çarşı, karvansaray, mədrəsə və digər binaların heç bir qalığına rast gəlinmə­məsi də inandırıcı görünmür. Morerin öz səyahətnaməsində qeyd etdiyi “Xokdan yuxarıda xarabalıqlar və bir neçə sütun  vardır” fikri də məsələyə baxışda qaneedici görünmür. Təbii  ki, bu tikililər dağıdılmışdır. Amma hansı şəraitdə, necə, kiminlə toqquşmalarda? Bizcə, gələcəkdə Qarabağlarla bağlı aparılan tədqiqatlar bu suallara aydınlıq gətirəcək. Biz həm də bu məsələyə ona görə toxunduq ki, Qarabağlar orta əsrlər dövründə Naxçıvan və Ordubad şəhərlərindən sonra mənbələrdə adı daha çox çəkilən elmi, mədəni və ticarət mərkəzlərdən olub. Tarixin öyrənilməmiş səhifələri haqqında məlumatlanmaq isə bizcə, hər kəs üçün maraqlı olar. 
- Səbuhi HƏSƏNOV

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR