Cəlil Məmmədquluzadənin ev-muzeyində muzey bələdçiləri üçün növbəti seminar-treninq keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin baş məsləhətçisi Qumral Əsədova bildirib ki, muzey bələdçisi muzeyi ziyarətə gələn insanlarla davranış qaydalarına ciddi əməl etməli, özünün geyim tərzi, intellektual dünyagörüşü ilə bura gələnlərdə xoş təəssürat yaratmalıdır. Muzey bələdçiləri ziyarətçilərin suallarını diqqətlə dinləyib elmi əsaslarla və tarixi faktlarla cavablandırmağı bacarmalıdırlar. Bütün bu sadalanan vəzifələrin öhdəsindən layiqincə gəlinməsində təcrübə mübadiləsinə imkan verən seminar-treninqlərin keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Sonra muzeyin ekspozisiyasına baxış olub, tədbir iştirakçılarının sualları cavablandırılıb.
Əli RZAYEV