26 Dekabr 2024, Cümə axşamı

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 130 illiyi qardaş Türkiyə Respublikasının paytaxtı Ankara və ölkənin ən böyük şəhəri İstanbulda da qeyd ediləcəkdir. TÜRKSOY (Türk Kültür və Sanatları Ortak Yönetimi) səviyyəsində təşkil olunacaq yubiley tədbirlərində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının da kollektivi iştirak edəcəkdir. Mənzil qərargahı Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində yerləşən TÜRKSOY-un dəvəti ilə dekabrın 22-də bu ölkəyə yola düşən teatr ayın 24-də Ankarada, 26-da isə İstanbulda böyük dramaturqumuzun “İblis” əsərini türkiyəli teatrsevərlərə təqdim edəcəkdir. Tamaşada Azərbaycan Respublikasının xalq artistləri Rza Xudiyev, Həsən Ağasoy, Azərbaycan Respublikasının əməkdar artistləri Xəlil Hüseynov, Elmira Kərimova, Vidadi Rəcəbli, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Günay Qurban­ova, Əbülfəz İmanov və başqaları rol almışlar. Tamaşanın rejissoru Azərbaycan Respublikasının xalq artisti Kamran Quliyev, bəstəkarı və musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Şəmsəddin Qasım­ov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Əbülfəz Axundovdur.



Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR