23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri arasında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” devizi altında keçirilən “Lira” musiqili-intellektual oyununun final mərhələsi olub.
Final mərhələsində 4 komanda iştirak edib. Sonra oyunda yarışacaq komandalar “Simayi-Şəms” (Naxçıvan şəhər S.Rəcəbov adına 3 nömrəli Uşaq Musiqi Məktəbi), “Rast” (Şərur Rayon Çərçiboğan Kənd Uşaq Musiqi Məktəbi), “Əlincə” (Culfa Rayon Bənəniyar Kənd Uşaq Musiqi Məktəbi), “Aksent” (Ordubad Rayon Vənənd Kənd Uşaq Musiqi Məktəbi) iştirakçılara təqdim edilib.

Oyun hər biri 5 nəfərdən təşkil edilən 4 komanda arasında keçirilib və 3 mərhələdən ibarət olub. I mərhələdə şagirdlərə görkəmli bəstəkarların həyat və yaradıcılığı ilə bağlı, II mərhələdə musiqi əsərlərini dinləmək yolu ilə təyinetmə formatında və III mərhələdə isə ümumi musiqi dünyagörüşünə dair suallar səsləndirilib. Hər sualın düzgün cavabı 100 balla qiymətləndirilib və sonda ən yüksək bal toplamış komanda oyunun qalibi olub, digər yüksək oyun nümayiş etdirən komandalar isə müvafiq olaraq II, III və IV yerlərə layiq görülüblər.
Maraqlı və gərgin keçən oyunun final mərhələsində musiqi məktəblərinin şagirdləri bəstəkarlarla bağlı sualları cavablandırmaqda fəallıq göstəriblər.
Bütün suallar cavablandırıldıqdan sonra ən yüksək bal toplamış komandalar mükafatlandırılıblar. ­“Simayi-Şəms” I, “Rast” II, “Əlincə” III dərəcəli diplomlarla və “Aksent” komandası isə diplomla ­mükafatlandırılıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR