25 Dekabr 2024, Çərşənbə

İyunun 15-də Naxçıvan şəhərinin baş meydanında – Heydər Əliyev Muzeyinin qarşısında Milli Qurtuluş Günü münasibətilə bayram konserti olmuşdur.
Tədbirin aparıcısı qeyd etmişdir ki, 1991-ci ildə Azərbaycana rəhbərlik edən şəxslərin düşünülməmiş siyasəti, səriştəsizliyi və bacarıqsızlığı yenicə müstəqillik qazanmış gənc respublikanı uçuruma sürükləyirdi. 1993-cü ilin iyun ayında Azərbaycanda böhranlı vəziyyət son həddə çatmışdı. İstər daxili, istərsə də xarici siyasətdə yol verilmiş nöqsanlar son nəticədə ölkəni gərgin, fəlakətli bir vəziyyətə salmışdı. Belə bir ağır, taleyüklü məqamda xalqımız siyasi müdriklik və əsl uzaqgörənlik nümayiş etdirərək yeganə xilaskarına, görkəmli dövlət xadimi Heydər Əliyevə üz tutdu, ulu öndərimizi təkidlə hakimiyyətə dəvət etdi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış təhlükənin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə Milli Qurtuluş Gününə borcluyuq. Bu bayram bizim üçün bir də ona görə müqəddəsdir ki, o, ulu öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ulu öndərin 1969-cu ildə ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır”.

Ulu öndərimiz müstəqil Azərbaycana rəhbərlik etdiyi on il müddətində əsrlərə sığmayan böyük işlər görmüş, yeni-yeni müəssisələr işə salınmış, ölkədə vətəndaş həmrəyliyi, siyasi sabitlik, qanunların aliliyinə əsaslanan hüquqi-demokratik idarəçilik sistemi bərqərar edilmiş, milli Konstitusiyamız qəbul olunmuş, Azərbaycan sürətli inkişaf və tərəqqi yoluna çıxmışdır. Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, yeni-yeni uğurlara imza atır. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin siyasi kursunu uğurla davam etdirir. Artıq Azərbaycan iqtisadi inkişaf tempinə görə lider dövlətə çevrilmişdir.
Naxçıvan Muxtar Respublikası da Milli Qurtuluşun işığında böyük inkişaf yolu keçmişdir. Həyata keçirilən sosial-iqtisadi islahatlar, reallaşdırılan böyük layihələr muxtar respublikamıza yeni həyat vermiş, onu tərəqqiyə qovuşdurmuşdur.
Bayram konsertində Nigar Şabanovanın, Zamiq Hüseynovun, aşıq Əli Tapdıqoğlunun, Naxçıvan Dövlət Filarmoniyasının solistlərindən Qəribə Həsənovanın, Nərmin Hüseynovanın və Mehman Tağı­yevin çıxışları meydana toplaşmış minlərlə tamaşaçının alqışları ilə qarşılanmışdır.
Sonda bayram atəşfəşanlığı olmuşdur.
Bayram konserti Naxçıvan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır.
Həmin gün Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 15 İyun – Milli Qurtuluş Günü münasibətilə el şənlik­ləri keçirilmiş, bayram konsertləri ol­muşdur.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR