Culfa Rayon İcra Hakimiyyəti, Mədəniyyət Şöbəsinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar Culfa şəhər 3 nömrəli tam orta məktəbin iclas zalında sərgi təşkil edilib. Sərgidə 35 yaradıcı şagirdin 250 rəsm və əl işləri nümayiş olunub.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Ələkbərli çıxış edərək bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da milli dəyərlərimizə, tarixi-mədəni irsimizə qayğı ilə yanaşılır. Bu sahədə sistemli tədbirlər həyata keçirilərək tarixi abidələrə yeni həyat verilib, xalq yaradıcılığı günləri təşkil olunub.
Sonra sərgiyə baxış olub.
Hüseyn Şəkərəliyev