17 May 2024, Cümə

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının kollektivi muxtar respublikanın rayonlarına qastrol səfərinə çıxıb. Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi və Milli Qurtuluşun 20 illiyi münasibətilə təşkil edilən qastrol səfərində Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı” pyesi tamaşaçılara təqdim edilir. İyunun 11-dən başlanan tədbirin ilk səfəri Babək qəsəbəsinə olub. Babək Rayon Mədəniyyət Evində oynanılan tamaşa auditoriya tərəfindən rəğbətlə qarşılanıb. Tamaşanın rejissoru Xalq artisti Kamran Quliyev, baş rolların ifaçıları Xalq artistləri Rza Xudiyev, Rövşən Hüseynov, Şirzad Abutalıbovdur. Qastrol səfəri iyunun 28-nə qədər davam edəcək. “Koroğlunun Çənlibelə qayıdışı”nı Culfa, Şərur, Ordubad, Kəngərli və Şahbuzda, o cümlədən Naxçıvan “Sərhəd” Diviziyasının şəxsi heyəti qarşısında oynamaq nəzərdə tutulub. Bu ərəfədə teatr kollektivi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə əsgər və zabitlərimizi də unutmayıb. Onlara isə A.Çexovun əsərləri əsasında Tofiq Seyidovun səhnələşdirdiyi “Russayağı evlənmə” komediyası təqdim ediləcək. Bundan sonra isə teatrın 130-cu yaradıcı mövsümü başa çatacaq.

Səməd CANBAXŞIYEV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR