23 Dekabr 2024, Bazar ertəsi

Martın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində “İslam dini və milli-mənəvi dəyərlərimiz: adət-ənənələr” mövzusunda dəyirmi masa keçirilib.
Nazirliyin təhsil müəssisələri ilə iş üzrə baş məsləhətçisi Kənan Tağızadə çıxış edərək bildirib ki, 2009-cu il oktyabrın 14-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin IV konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Keçirilən dəyirmi masanın məqsədi gəncləri İslam mədəniyyəti və dəyərləri ilə tanış etmək və onları maarifləndirməkdir.
Qeyd edilib ki, dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik, ədavət aparmamışıq. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, qarşılıqlı anlaşma şəraitində yaşamaq islami dəyərlərin xüsusiyyətidir. Təsadüfi deyil ki, Azərbaycanda İslam dini ilə yanaşı, xristian dini və digər dinlər əsrlər boyu birgə yaşayıb və indi də yaşayırlar.

Sonra mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Yaşar Xəlilov, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Nizami Rəhimov, Bəhruz Kəngərli Muzeyinin direktoru Səbinə Əlincəli, Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Zəminə Gülməmmədova, Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov, Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova, Naxçıvan Dövlət Film Fondunun direktoru Mirakif ­Seyidov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, muxtar respublikamızda islami dəyərlərə ehtiramla yanaşılır. Bu dəyərlərə ehtiram dini bayramların yüksək səviyyədə keçirilməsində də özünü göstərir. Hər il keçirilən Qurban və Ramazan bayramları insanlara ədalət və mərhəmət, şəfqət və xeyirxahlıq duyğuları təlqin etməklə, onların mənən saflaşması, Vətən və xalq üçün birləşməsinə xidmət edir. Bu birlik cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir.
Vurğulanıb ki, muxtar respublikamızda dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər hər kəs tərəfindən rəğbətlə qarşılanır. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Son illər yeni tikilən məscidlər, təmir olunan İslam mədəniyyəti abidələri dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərməsinin bariz nümunəsidir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR