17 May 2024, Cümə

İyunun 1-də Ordubad Rayon Mədəniyyət Evində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin yekun konserti olmuşdur. Konsertdən əvvəl Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikamızda mədəniyyətin inkişafına göstərilən diqqət və qayğıdan danışmış, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar mədəniyyət müəssisələrində keçirilən silsilə tədbirlərdən söhbət açmışdır.
“Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin xor kollektivi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş uşaq xor kollektivlərinin bu il keçirilən səkkizinci respublika müsabiqəsində ikinci yerə layiq görülmüş və diplom­la təltif edilmiş, kollektivin xormeysteri Səbinə İbrahimova Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin mükafatına layiq görülmüşdür”, – deyən nazir müavini diplomu və mükafatı Səbinə İbrahimovaya təqdim etmişdir.
Sonra səkkizinci respublika müsabiqəsinin ikincisi olmuş kollektivin və musiqi məktəbi şagirdlərinin ifasında xor mahnıları, xalq musiqisi nömrələri və muğam təsnifləri səsləndirilmişdir.

Əli RZAYEV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR