25 Dekabr 2024, Çərşənbə

Bununla bağlı Naxçıvan Dövlət Universitetində tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Naxçıvan Dövlət Universitetinin müəllimi, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyevanın rəsm əsərləri milli kolorit baxımından Azərbaycan rəssamlıq məktəbinin gözəl nümunələridir. Rəssamlığın müxtəlif janrlarında istedadını göstərən Ülviyyə Həmzəyeva daim axtarışda, novator əsərlər yaratmaqdadır. Dünyanın bir sıra ölkələrində sərgilərdə iştirak edən gənc rəssamın “Yeni era” Dünya Rəssamlar Akademiyasının həqiqi üzvü seçilməsi onun sənətinə verilən yüksək qiymətin ifadəsidir. Bu münasibətlə dünən Naxçıvan Dövlət Universitetində tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev rəssamın geniş yaradıcılıq diapazonuna malik olduğunu vurğulayıb. Belə bir mükafata layiq görülməsini, ümumən, incəsənətimizə verilən dəyər kimi qiymətləndirib.
Azərbaycan Respublikasının xalq rəssamı Hüseynqulu Əliyev Ülviyyə Həmzəyevanın yaradıcılığını təhlil edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən “Yeni era” Dünya Rəssamlar Akademiyasının prezidenti, Rusiya Humanitar Akademiyasının akademiki, Rusiyanın əməkdar rəssamı Anatoli Aleksandroviç Silov təmsil etdiyi Rəssamlar Akademiyası haqqında ətraflı məlumat verib, Ülviyyə Həmzəyevanın yaradıcılığının bu akademiyada da yüksək dəyərləndirildiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra Ülviyyə Həmzəyevaya akademiyanın üzvlük vəsiqəsi təqdim olunub.
Tədbir iştirakçıları Ülviyyə Həmzəyevanın əsərlərindən ibarət sərgiyə baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR