25 Dekabr 2024, Çərşənbə

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər tərbi­yə müəssisələri­nin uşaqları arasında keçirilən “Milli dəyərlərimiz – uşaqların aləmi ilə” mövzusundakı müsabiqəyə dünən yekun vurulmuşdur.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən müsabiqə uşaqlar arasında milli intellekt səviyyəsinin yüksəldilməsi, milli dəyərlərimizin yaşadılması yolunda təbliğat işinin gücləndirilməsi, milli dəyərləri uşaqlara ətraflı şəkildə izah etmək, mənimsətmək, kiçikyaşlı uşaqların Vətənə məhəbbət, böyüyə hörmət, milli dəyərlərə bağlılıq ruhunda formalaşmasının təbliğini gücləndirmək məqsədini daşıyırdı.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmməd­ov çıxış edərək muxtar respublikada uşaqların hərtərəfli inkişafı üçün həyata keçirilən tədbirlərdən danışmışlar.
Sonra müsabiqəyə start verilmişdir. Müsabiqədə 9 bağça iştirak etmişdir. Müsabiqənin nəticələrinə görə, Naxçıvan şəhər 3 nömrəli uşaq bağçası birinci yerə layiq görülmüşdür. 7 nömrəli uşaq bağçası ikinci, 11 nömrəli uşaq bağçası isə üçüncü olmuşdur.
Müsabiqənin bütün balaca iştirakçıları təşkilatçılar tərəfindən mükafatlandırılmışlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR