23 Dekabr 2024, Bazar ertəsi

Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlı­lığın formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi muxtar respublikanın təhsil müəssisələrində diqqət mərkəzində saxlanılır. 

Bu məqsədlə Naxçıvan Şəhər Təhsil Şöbəsi tərəfindən şəhər ümumtəhsil məktəblərində keçiriləcək tədbirlərlə bağlı qrafik tərtib olunub. Qrafikə əsasən hər ayın ikinci və dördüncü həftəsinin cümə günləri ümumtəhsil məktəblərində görüşlərin keçirilməsi, həmin kitablar haqqında müzakirələrin aparılması nəzərdə tutulub. İlk belə tədbir Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə keçirilib. Burada Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası əməkdaşlarının məktəbin şagird və müəllim kollektivi ilə görüşü təşkil olunub.
Tədbirdə kitabxananın əməkdaşı Samirə Əliyeva adıçəkilən sərəncamın mahiyyəti barədə məlumat verib. Bildirilib ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün düzgün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də müsbət insani və iradi keyfiyyətlərin yaradılmasında böyük rol oynayır. Bu dövlət sənədinin imzalanması gənclərdə mütaliəyə olan marağın artmasına, onlarda bədii zövqün formalaşmasına mühüm təsir edəcək.
Sonra Samirə Əliyeva siyahıda yer almış “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti”, Naxçıvan şəhər 1 nömrəli orta məktəbin dərs hissə müdiri Cəmilə Nağıyeva “Eynəli bəy Sultanov. Məqalələr”, məktəbin ədəbiyyat müəllimi Naibə Hacıyeva “Nizaminin hikmət və nəsihətləri”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Təhminə İbrahimova “Məhəmməd Tağı Sidqi. Məktəb hekayələri” kitabları barədə çıxış ediblər.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR