Məktəblilərin tarixi abidələrlə daha yaxından tanış olması, tariximizin unudulmaması və gələcək nəsillərə çatdırılması məqsədilə Naxçıvan şəhər məktəblilərinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə ekskursiyası təşkil olunub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 30 şagird iştirak edib. Muzeyin bələdçisi Nərmin Orucova idmançılara muzey haqqında geniş məlumat verib və onları muzeydə olan eksponatlarla tanış edib.
Sonda idmançıları maraqlandıran suallar muzeyin bələdçisi tərəfindən cavablandırılıb.
Ceyhun Məmmədov