23 Dekabr 2024, Bazar ertəsi

   Sentyabrın 26-da Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, dramaturq Əli Əmirlinin “Onun iki qabırğası” ikihissəli komediyası əsasında hazırlanmış tamaşa ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 135-ci teatr mövsümünü açıb. 

Teatrın direktoru, Xalq artisti Rza Xudiyev bu sənət ocağının keçdiyi çətin və şərəfli inkişaf yolundan danışıb. Qeyd edib ki, bu gün teatrlarımıza diqqət və qayğını muxtar respublikamızda fəaliyyət göstərən sənət ocaqlarının timsalında aydın görmək mümkündür. Muxtar respublikada teatr sənətinin davamlı inkişafı təmin edilib, sənət ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilib.
Vurğulanıb ki, 2008-ci ildə Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi yüksək səviyyədə qeyd edilib. Muxtar respublikanın teatr kollektivlərinin əməyi də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, səmərəli fəaliyyətlərinə görə yaradıcı heyət fəxri adlara, Prezident təqaüdünə və mükafatlara layiq görülüb.
Tanınmış dramaturqun “Onun iki qabırğası” pyesində keçid dövrünə xas olan ailə dramı əks etdirilir. Quruluşçu rejissor, Azərbaycan Respublikasının Xalq artisti Kamran Quliyev tamaşada kiçik aktyor kollektivi ilə maraqlı və dinamik səhnə əsəri yaratmağa müvəffəq olub və müəllifin ideyasını aça bilib.
Tamaşanın quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Əbülfəz Axundov, musiqi tərtibatçısı, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.
Tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR