23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının qarşısında Milli Musiqi Gününə həsr olunmuş rəqslərdən ibarət konsert təşkil edilib.

Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları, “Şərur” Xalq Yallı Ansamblı, “Şərur qönçələri” Uşaq Yallı Ansamblının ifasında rəqslər tamaşaçılara təqdim edilib.
Rəqs kollektivlərinin ifasında “Üç gül”, “Qaytağı”, “Turacı”, “Xançobanı”, “Uzundərə”, “Naz eləmə” və başqa rəqslər alqışlarla qarşılanıb.
Sonra meydan yallı ansambllarına verilib. Həmin kollektivlərin ifasında “Göyçəməni”, “Tirməşal”, “Söylə”, “Köçəri”, “Gopu”, “Höynəri”, “Qaleyi”, “Tənzərə”, “Xələfi” kimi qədim yallılarımız ifa edilib. “Şərur qönçələri” Uşaq Yallı Ansamblının çıxışı xüsusilə xoş ovqat yaradıb.
Qeyd edək ki, muxtar respublikamızda Milli Musiqi Günü ilə bağlı tədbir və konsertlər davam edir.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR