23 Dekabr 2024, Bazar ertəsi

Amerika Birləşmiş Ştatlarının Massachusetts ştatının Boston şəhərində yerləşən, mədəniyyətlər və xalqlar arasında güclü əlaqələr qurmaq naminə fəaliyyət göstərən “Vahid Planet” (www.unitedplanet.org) beynəlxalq qeyri-kommersiya təşkilatının təsisçisi və prezidenti David Santulli bu il avqustun 11-də övladları ilə birlikdə Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. O, ölkəsinə qayıtdıqdan sonra “Naxçıvan –  Azərbaycan mədəniyyətinin paytaxtı” sərlövhəli məqalə yazaraq rəhbərlik etdiyi təşkilatın unitedplanet.org internet saytında yerləşdirmişdir. Həmin məqaləni oxuculara təqdim edirik. 

 Mədəniyyətlər və xalqlar arasında güclü əlaqələr qurmaq naminə fəaliyyət göstərən və Amerika Birləşmiş Ştatlarının Boston şəhərində yerləşən “Vahid Planet” (www.unitedplanet.org) beynəlxalq qeyri-kommersiya təşkilatının təsisçisi və prezidenti kimi mənim həm peşəkar, həm də ailəmlə birlikdə dünyanı gəzmək imkanım oldu. 

Bu yaxınlarda mən övladlarım Troy və Tristan ilə birlikdə “Natig Travel” turizm şirkətinin dəstəyi ilə Naxçıvana səfər etdik və bundan çox məmnun olduq. Belə ki, səfər etdiyimiz ən möhtəşəm yerlərdən biri olan Naxçıvan təbii gözəllikləri, qədim tarixi və qonaqpərvər insanları ilə zəngin diyardır. Türkiyə, İran və Ermənistan arasında yerləşən Naxçıvan nəinki Azərbaycanın, ümumilikdə bütün Asiyanın mədəniyyət paytaxtıdır. Azərbaycan Respublikasına səfəri Naxçıvana səyahət etmədən tamamlanmış hesab etmək olmaz. Naxçıvan həmçinin Nuh Peyğəmbərin vətəni kimi tanınır. Rəvayətə görə Nuh Peyğəmbərin gəmisi dünya daşqını zamanı üzərək ərazidəki möhtəşəm Haçadağa dəyib. Yerli əhali həmçinin iddia edir ki, burada olan duz şaxtaları da ərazinin su altında qaldığını təsdiq edir.
Duz mədənlərində fəaliyyət göstərən müalicə ocağı xüsusi hava xüsusiyyətləri ilə yaxın və uzaqdan gələn qonaqları qəbul edir. Bir zamanlar Naxçıvan həm Duz Yolları, həm də Qədim İpək Yolunun mərkəzində yerləşmişdir. YUNESKO buradakı ipək istehsalı sənətini mədəni xəzinə elan etmişdir.
Naxçıvan ərazisindəki möhtəşəm dağlar, çaylar, göllər və geniş vadilər Dünya tufanına şahidlik etmiş, bu gün isə özlərində keçmişin izlərini qeyri-adi şəkildə yaşadırlar. Dağın üstündə olan qədim Əlincə qalası, incə qüllələr və romantik əfsanə dolu XII əsrə aid Möminə xatın türbəsi, saraylar, məscidlər və dini ərazilər, xüsusilə Əshabi-Kəhf ziyarətgahı Naxçıvandakı inanılmaz xəzinələrdən bir neçəsidir.
Qeyd etməliyəm ki, ailəmlə birlikdə səfərim müddətində Naxçıvanda dərin hörmətlə qarşılandım. Lakin bəzən elə məqamlar oldu ki, onları xüsusi qeyd etməliyəm. Belə ki, hər dayandığımız ərazidə yerli insanlarla söhbət etdik, qarşılıqlı məlumatlar paylaşdıq, onların xoş münasibətlərinin şahidi olduq. Tanımadığımız bir yerdə əcnəbi vətəndaş kimi, bu cür gözəl qarşılanmaq bizi çox ­sevindirdi.
Yaponiyalı şair Ryunosuke Satoro demişdir: “Tədqiqat hikmət köküdür”. Naxçıvana səfər etməklə biz öz dünyagörüşümüzü zənginləşdirdik, eləcə də Naxçıvanın yaşadığımız dünyanın mədəni və təbii naxışı olmasını öyrəndik, necə deyərlər, bunun şahidi olduq. Biz “Natig Travel” şirkəti və Naxçıvan əhalisinə alicənablıqlarına və qonaqpərvərliklərinə görə minnətdarıq. İnanırıq ki, öz dövründə bura səfər edən Nuh Peyğəmbər kimi, ərazi ilə maraqlanan səyahətçilər Naxçıvana səfər etsələr, onların həyat haqqında fikirləri dəyişə bilər.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR