Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq Naxçıvan şəhərində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
` Bu il iyul ayının 7-8-də keçirilməsi nəzərdə tutulan tədbirin təşkilatçıları AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsidir.
Tarix, coğrafiya, arxeologiya, etnoqrafiya, folklor, dilçilik, ədəbiyyat, turizm, mədəniyyət, memarlıq, incəsənət sahələrində araşdırma aparan tədqiqatçıların məruzə mətnləri 31 may tarixinədək
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
elektron poçt ünvanı vasitəsilə qəbul ediləcək.
Beynəlxalq konfransda iştirak etmək istəyənlər tədbirlə bağlı bütün məlumatlarla AMEA Naxçıvan Bölməsinin ameanb.nakhchivan.az veb saytında tanış ola bilərlər.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi