23 Dekabr 2024, Bazar ertəsi

Mayın 1-də Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsinin “Naxçıvanqala” ritm qrupu və “Buta” muğam ansamblının müşayiəti ilə kollecin nağara ixtisası üzrə II kurs tələbəsi Nəcəf Hacılı və balaban ixtisası üzrə I kurs tələbəsi Sərxan Əliyevin konserti olub.
Konsertdən əvvəl aparıcı bildirib ki, Naxçıvan Muxtar Respublikasında ixtisaslı musiqiçi kadrların hazırlanması, istedadlı gənclərin musiqi təhsilinə cəlb edilməsi, milli musiqi alətlərinin və xalq musiqisinin yaşadılması məqsədilə yaradılan Naxçıvan Musiqi Kolleci 40 ildir ki, Naxçıvanda gənc musiqiçi kadrların yetişdirilməsində səmərəli fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 29 mart tarixli Sərəncamı kollecin fəaliyyətinə verilən yüksək qiymətdir.

Qeyd edilib ki, Sərxan Əliyev 2016-cı ildən Naxçıvan Musiqi Kollecində balaban ixtisası, Nəcəf Hacılı isə 2015-ci ildən həmin kollecin nağara ixtisası üzrə təhsil almağa başlayıblar. Hər iki gənc “Dilruba” və “Buta” muğam ansambllarının üzvləridir.
Konsertdə “Buta” muğam ansamblı və “Naxçıvanqala” ritm qrupunun müşayiəti ilə istedadlı gənclərin ifasında maraqlı musiqi nömrələri səsləndirilib. Sərxan Əliyevin balaban və zurnada ifa etdiyi “Sarı gəlin”, “Cəngi”, “Xurcunu” xalq rəqsi, “Gözəlim sənsən” xalq mahnısı, Nəcəf Hacılının ifa etdiyi müxtəlif ritmli kompozisiyalar, simli kvartetlə kompozisiya və solo ifalar alqışlarla qarşılanıb. Konsertdə Naxçıvan Musiqi Kollecinin qızlar qrupu “Ay lo-lo” xalq mahnısını səsləndiriblər.
Konsert “Buta” muğam ansamblının müşayiəti ilə iki gəncin ifasında səslənən “Çahargah” kompozisiyası ilə başa çatıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR