23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 12-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Dövlət Film Fondunun və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Mən kinonu sevirəm” mövzusunda kinoviktorinaya start verilib.
Kinoviktorinanın 3 mərhələdə keçirilməsi nəzərdə tutulub. I və II mərhələdə 5 komanda, III mərhələdə isə 6 komanda iştirak edəcək. Hər mərhələdə bir komanda qalib gələrək finalda iştirak etmək hüququ qazanacaq. Kinoviktorina iştirakçılarına 10 sual veriləcək. Bu sualların 8-i kino ilə bağlı nəzəri, qalan 2 sual isə nümayiş etdirilən filmlərdən müəyyən epizodlarla bağlı olacaqdır. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək. Ən çox bal toplayan komandalar kinoviktorinanın final mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Final mərhələsi isə aprelin 17-də olacaqdır. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.
Viktorinanın ilk mərhələsində Naxçıvan şəhərinin 5 tam orta məktəbinin V-VIII sinif şagirdləri iştirak ediblər. Onlara Azərbaycan kinosu ilə bağlı müxtəlif suallar verilib, “Bir qalanın sirri”, Sehrli xalat”, “Qaraca qız”, “Şərikli çörək”, “Bizim Cəbiş müəllim”, “Dərs”, “Yuxu” filmlərindən müxtəlif epizodlar göstərilib.
Kinoviktorinanın bu mərhələsində Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin komandası qalib olaraq final mərhələsində iştirak etmək hüququ qazanıb.

Əli RZAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR