23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universiteti əməkdaşlarının və tələbələrinin muzey ekskursiyaları davam edir.
Muzeyin bələdçisi Rəqsanə Kərimova muzey haqqında ətraflı məlumat verib. O bildirib ki, Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılıb. Muzey 2014-cü ildən Şəhidlər xiyabanı yaxınlığında yerləşən yeni binada fəaliyyət göstərir.
Bildirilib ki, ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri buradakı eksponatlarda öz əksini tapıb. XX əsrin sonlarında baş verən Qanlı Yanvar faciəsi, ermənilərin xüsusi amansızlıqla törətdiyi ən dəhşətli soyqırımı olan Xocalı qətliamı ilə bağlı eksponatlar da muzeydə ayrıca yer alıb. Muzeydə Azərbaycanın Milli qəhrəmanları, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların fotoşəkilləri və şəxsi əşyaları, onların ermənilərə qarşı döyüşlərini əhatə edən materiallardan, həmçinin qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablardan ibarət 1849 eksponat mühafizə və nümayiş etdirilir.

Taleh Haxverdiyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR