23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin “Tusi” nəşriyyatında çapdan çıxan “Xəbərlər” jurnalının 2017-ci ilin birinci nömrəsi işıq üzü görüb. Bölmənin sədri, akademik İsmayıl Hacı­yevin baş redaktorluğu ilə ildə dörd dəfə geniş oxucu kütləsinə təqdim olunan nəşrin yeni sayı ictimai və humanitar elmlər seriyasına həsr olunub.
Jurnalın ilk bölməsində Naxçıvan ərazisindəki qədim qalalar, onların tarixi, tədqiqi və qalatipli yaşayış yerlərində tədqiqatlar zamanı əldə edilən zəngin arxeoloji materiallar işıqlandırılıb. Elmi nəşrdə ölkənin tanınmış alimləri ilə yanaşı, Azərbaycan-ABŞ Beynəlxalq arxeoloji ekspedisiyalarının tərkibində iştirak edən ABŞ-ın Cons Hopkins Universitetinin əməkdaşı Cennifer Sveridanın, Ohayo Dövlət Universitetinin əməkdaşı Selin Nugentin, Corciya Universitetinin əməkdaşı Robert Bryantın, Pensilvaniya Universitetinin əməkdaşı Susanna Fişmanın Naxçıvandakı qalalarda apardıqları tədqiqatlar ilə bağlı elmi məqalələri də dərc olunub.
“Orta Tunc dövrünün qalatipli yaşayış yerləri”, “Naxçıvanın qədim müdafiə tikililəri qalatikmə mədəniyyətinin əsası kimi”, “Qızqala kurqanlarının tapıntıları”, “Oğlanqalada Orta Dəmir dövründə keramika istehsalı”, “Alman səyyahları Naxçıvan qalaları haqqında”, “Naxçıvan və İrəvan qalalarının çar Rusiyasına qarşı müqavimət hərəkatı” və sair məqalələrdə Naxçıvanın Qazançıqala, Göynükqala, Qızqala, Çalxanqala, Oğlanqala, Əlincəqala, Fərhadqala, Narınqala, Abbasabad və digər qalaları barəsində məlumatlar öz əksini tapıb.

Naxçıvanın tarixi, arxeologiyası, mədəniyyəti, incəsənəti, iqtisadi və sosial inkişafı ilə əlaqədar alim və ziyalıların müxtəlif səpkili məqalələri də yeni nömrədə özünə yer alıb.
Qeyd edək ki, jurnaldakı məqalələrdə mövzu ilə bağlı ədəbiyyat siyahısı göstərilib, eyni zamanda onların rus və ingilis dillərində xülasələri verilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR